Klublar futbolçularını milliyə buraxmaya bilər - FİFA-dan yeni qayda

25.08.2020 | 5523 dəfə oxunub

FİFA koronavirus pandemiyası dövründə futbolçuların milli komandalara gediş-gəlişini tənzimləyən yeni qaydalar müəyyən edib.

Stadium.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni qaydalar yığmaların sentyabr pəncərəsi üçün nəzərdə tutulub.

Bu, kişi futbolçular üçün avqustun 31-dən sentyabrın 8-dək, qadınlar üçün isə 14-22 sentyabr tarixlərini əhatə edəcək.

FİFA Şurası UEFA ilə məsləhətləşərək, klubların milli komanda matçları üçün oyunçularını buraxmamalarını şərtləndirən məqamları açıqlayıb:

1.Komandanın məskunlaşdığı və ya yığmanın oyununun keçirildiyi yerlərdə ən azı beş günlük məcburi karantin müddəti müəyyən edilibsə.

2.Yuxarıda göstərilən yerlərə giriş-çıxışa məhdudiyyət qoyulubsa.

3.Bölgəyə məcburi karantin tətbiq edilməsi və ya giriş məhdudiyyəti qoyulması ilə əlaqədar qərarlar qəbul edən müvafiq orqanlar bu məsələdə futbolçuları nəzərə almırsa.

Bundan əlavə, beynəlxalq yoldaşlıq oyunları zamanı bütün komandalar müvafiq yarış təşkilatçısı tərəfindən qurulmuş sağlamlıq və təhlükəsizlik protokollarına uyğun olmalıdır.

Milli komandamız pandemiya dövründə ilk rəsmi matçını sentyabrın 5-də UEFA Millətlər Liqasında Bakıda Lüksemburqa qarşı keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail