Giqsdən təkrarlanması mümkünsüz rekord

28.02.2012 | 5798 dəfə oxunub

21 ildir "Mançester Yunayted"də forma geyən Ryan Giqs Premyerliqanın 26-cı turunda keçirilən "Norviç"lə səfər matçında adını tarixə bir daha qızıl hərflərlə yazdırıb. Stadium.az xəbər verir ki, bu oyunla birlikdə 900-cü matçına çıxan uelsli ulduz uzatma dəqiqələrində vurduğu qolla komandasına qalibiyyəti gətirən isim olub.

"Mançester Yunayted"in 38 yaşlı ulduzu 900-cü matça çıxaraq yeni rekordunu da müəyyənləşdirib. 1991-ci ildən bəri "qırmızı şeytanlar"ın formasını geyən Giqs "Mançester Yunayted"lə 12 Premyerliqa çempionluğu, 4 Federasiya Kuboku, 3 Liqa Kuboku, iki dəfə isə Çempionlar Liqası kuboku qazanıb.  Giqsi gənc yaşında "Mançester Yunayted"ə gətirən baş məşqçi Aleks Ferqyusson bu rekordun qırılmasının çox çətin olduğunu bildirib: "Giqsin müəyyənləşdirdiyi bu rekordun qırılması çox çətindir. Hələ ilk günkü həyəcanla oynayır. Baxımlı oyun nümayiş etdirir. Giqs və Skoulz, məncə, "Mançester Yunayted" tarixinin ən dəyərli oyunçularıdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail