Mourinyo "Real"dan ayrılıb İngiltərəyə qayıdır

01.03.2012 | 4813 dəfə oxunub

"Real"ın baş məşqçisi Joze Mourinyonun Londona səfəri İngiltərə mətbuatında geniş yer tutub. Stadium.az xəbər verir ki, Mourinyonun Londonda ev almaq planı portuqaliyalı mütəxəssisin mövsümün sonunda yenidən İngiltərəyə dönəcəyi ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb olub.

"Real" La Liqada "Barselonan"dan 10 xal irəlidədir və çempionluğa çox yaxındır. Ancaq  ingilislər düşünür ki, Mourinyo Madriddə kifayət qədər xoşbəxt deyil. Bəzən futbolçuları ilə də sözü düz gəlməyən mütəxəssisin ispan jurnalistlərlə də arası pisdir.

Belə bir şəraitdə onun Londona getməsi və yeni ev axtarması İspaniya və İngiltərədə səs-küyə səbəb olub. "Çelsi"də işləyərkən yaşadığı mənzili kiçik hesab edən Mourinyonun daha geniş bir ev axtarışında olması onun yenidən İngiltərədə çalışacağı ilə bağlı yayılmış xəbərləri daha da intensivləşdirib.

İngiltərə mətbuatında artıq indidən Mourinyonun hansı komandaya rəhbərlik edəcəyi barədə xəbərlər yer almağa başlayıb. İngilislər düşünür ki, Mourinyonun Andre Villas-Boaşın rəhbərliyi altında heç də yaxşı günlərini yaşamayan "Çelsi"yə qayıtma ehtimalı daha böyükdür.

Digər bir ehtimal isə portuqaliyanın "Tottenhem"də işləməsi ilə bağlıdır. İngilis jurnalistlər Heri Redknapın İngiltərə milli komandasına rəhbər təyin ediləcəyi halda, Mourinyonun "Tottenhem"də işləyəcəyini də istisna etməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail