Bahodir Nasimovun komandasından möhtəşəm nəticə

01.03.2012 | 4595 dəfə oxunub

"Neftçi"nin hücumçusu Bahodir Nasimovun forma geydiyi Özbəkistan milli komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə Yaponiyanı məğlub edərək bir ilkə imza atıb. Stadium.az xəbər verir ki, Asiya qitəsi ölkələri arasında keçirilən seçmə mərhələnin "C" qrupunda yer alan Özbəkistan Tacikistanla oyunda bilərək sarı vərəqə alaraq diskvalifikasiya edilmiş 5 oyunçusu olmadan Yaponiyanı tarixində ilk dəfə məğlub etməyi bacarıb.

Tokioda keçirilən matçın 54-cü dəqiqəsində Aleksandr Şadrinin vurduğu qolla rəqibini 1:0 hesabı ilə məğlub edən Özbəkistan bu nəticə ilə 6 matçdan əldə etdiyi 16 xalla qrupu lider tamamlayıb.

Keçirdiyi 6 matçın 5-də rəqiblərini məğlub etməyi bacarmış və öz meydanında Yaponiya ilə heç-heç etmiş Özbəkistan, beləliklə, seçmə mərhələnin 3-cü turunu məğlubiyyətsiz tamamlayıb. Özbəkistan 6 matçda 8 qol vurub və qapısında yalnız bir qol görərək seçmə mərhələnin ən az qol buraxan komandası olaraq da diqqət çəkib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail