Mourinyo və Quardiola haqqında gözlənilməz iddia

03.03.2012 | 4370 dəfə oxunub

İtalyalı mütəxəssis Fabio Kapellonun gözlənilməz istifasıyla şok olan İngiltərə Futbol Federasiyasında baş məşqçi axtarışları davam edir. Stadium.az xəbər verir ki, milli komandanın baş məşqçi postuna müvəqqəti olaraq Styuart Pirs gətirilsə də, İngiltərə Federasiyası axtarışlarını sürətləndirib.

"Tottenhem"in təcrübəli çalışdırıcısı Heri Redknapla daha bir dəfə görüş keçirən Federasiya rəsmiləri Premyerliqada mövsüm bitdikdən sonra onun milli komandada işləməyə razılıq verməsinə nail olub.

İngiltərə mətbuatında daha bir iddia isə "Barselona"nın baş məşqçisi Quardiola ilə bağlıdır. Onun İngiltərə millisinə gətirilməsi çox çətin görünsə də, gənc mütəxəssisin açıqlamalarında yeni bir iş yeri arzusunda olmasını dilə gətirməsi bu ehtimalı gücləndirib.

Digər bir versiya "Real"ın çalışdırıcısı Joze Mourinyo ilə bağlıdır ki, bu ehtimalın daha güclü olduğu vurğulanıb. "Real"ı La Liqa çempionu etdikdən sonra vəzifəsindən ayrılması gözlənilən Mourinyonun mümkün istefası halında İngiltərə Federasiyası rəsmiləri portuqaliyalı mütəxəssislə təcili əlaqə yaradacaq və onu millidə işləməyə razı salmağa çalışacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail