"Neftçi"nin hücumçusunun rəqibləri müəyyənləşdi

09.03.2012 | 4528 dəfə oxunub

DÇ-2014-ün Asiya zonası üzrə 4-cü seçmə mərhələsinin püşkü atılıb. Stadium.az xəbər verir ki, püşkatma Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilib. Püşkatmada iştirak edən 10 komanda 2 qrupa bölünüb.

Azərbaycan Premyer Liqasının bombardiri, "Neftçi"nin hücumçusu Bahodir Nasimovun çıxış etdiyi Özbəkistan yığmasının A qrupunda mübarizə aparacağı dəqiqləşib. Özbəkistan bu qrupda İran, Cənubi Koreya, Qətər və Livanla qarşılaşacaq. B qrupunda isə Avstraliya, İraq, İordaniya, Oman və Yaponiya yığmaları mübarizə aparacaq.

Cari mərhələ iyunun 3-dən gələn il iyulun 18-dək davam edəcək. Hər qrupda ilk 2 yeri tutacaq komandalar Braziliyada keçiriləcək dünya çempionatında iştirak etməyə haqq qazanacaq. 3-cü yeri tutacaq komandalar isə 5-ci seçmə mərhələdə qalibi müəyyənləşdirəcək və həmin komanda qitələrarası pley-off mərhələsində mübarizəsini davam etdirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail