Torresi İngiltərədə lağa qoydular

13.03.2012 | 4791 dəfə oxunub

Bu mövsüm keçən il olduğu kimi heç də yaxşı çıxış etməyən hücumçu Fernando Torres İngiltərədə lağa qoyulub. Stadium.az xəbər verir ki, "Çelsi"nin ispan oyunçusu komanda yoldaşı Didye Droqbanın təşkil etdiyi gecədə gündəmə gəlib.

"Didye Droqba Yardım Fondu"nun təşkil etdiyi gecədə ən yüksək məbləğdə yarım edərək Fildişisahilindən olan hücumçu ilə birlikdə özəl məşqə çıxmağa haqq qazanmış yardımsevər Torresi lağa qoyub. O, çıxışı zamanı "Bu qaqqımı Torresə verirəm" deyərək gecədə iştirak edənləri güldürüb. Maraqlıdır ki, Droqba komanda yoldaşı haqqındakı bu fikrə reaksiyasız qalıb.

Londonda təşkil edilmiş yığıncaqda Droqbanın digər komanda yoldaşları - Eşli Kol, Con Teri və Frenk Lampard da iştirak ediblər. Nə qədər qəribə olsa da, onlar da Torres haqqında deyilmiş bu fikrə reaksiya verməyiblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail