Avrokubokların püşkatmasının vaxtı müəyyənləşdi

15.03.2012 | 3802 dəfə oxunub

UEFA Çempionlar Liqası və Avropa Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılacaq. Stadium.az xəbər verir ki, püşkatma mərasimi sabah İsveçrənin Nyon şəhərində təşkil olunacaq.

Əvvəlcə saat 15:00-da ÇL-in püşkü atılacaq. 1/4 final mərhələsində mübarizə aparacaq 8 komanda cütlərə bölünəcəklər. Bu mərhələdən etibarən eyni ölkənin təmsilçiləri bir-biri ilə qarşılaşa bilər. 1/4-də iki klubla təmsil olunan yeganə ölkə İspaniyadır. Yəni, "Real"la "Barcelona"nın da bir-birinə rəqib olması mümkündür 1/4 finalın püşkünün ardından yarımfinalın da püşkü atılacaq:

"Barcelona" (İspaniya), "Real" (Madrid, İspaniya), "Çelsi" (İngiltərə), APOEL (Kipr), "Benfika" (Portuqaliya), "Milan" (İtaliya), "Marsel" (Fransa) və "Bayern" (Münxen, Almaniya)

ÇL-də 1/4 final matçları 27-28 mart və 3-4 aprel, yarımfinal matçları isə 26-27 aprel və 3-4 may tarixlərində oynanılacaq.

Daha sonra isə Avropa Liqasının püşkü atılacaq. 1/8 final mərhələsinin cavab oyunları hələ bu gün keçiriləcək, ona görə də turnirin 1/4 finalına hansı klubların çıxacağı tam bəlli deyil.

Avroliqada 1/4 final mərhələsinin oyunları martın 29-da və aprelin 5-də, yarımfinal matçları isə aprelin 19-da və 26-da keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail