Slaven Biliç: “Onlarla fəxr edirəm”

15.06.2012 | 5776 dəfə oxunub

“İtaliya kimi böyük komandaya qarşı oynamaq çətin idi. Ancaq oyunçularım sonadək mübarizə apardılar və öz şanslarını gözlədilər. Onlarla fəxr edirəm”. Stadium.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Slaven Biliç İtaliya ilə oyundan sonra deyib.

Gənc mütəxəssis bildirib ki, hətta qələbə qazanmaq şansları da olub: “Fasilədə oyunçularıma qışqırmadım. Əksinə onlarla səmimi söhbət etdim və başa saldım ki, ikinci hissədə oyuna yenidən şərik olmalıyıq. Əsasən də yarımmüdafiədə. Şadam ki, futbolçularım bunun öhdəsindən layiqincə gəldilər. Hətta görüşdə qalib də gələ bilərdik. Lakin alınmadı. Qrupda ikinci oyundan sonra turnir cədvəlinin ilk pilləsində qərarlaşmışıq. Ümid edirəm ki, 1/4 finala yüksələn komandalardan biri məhz biz olacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail