Futbol & seks = Foqts - YAZI

17.05.2011 | 11786 dəfə oxunub

Futbol və seks mövzusunda araşdırmalar uzun illərdir səngimək bilmir. Əksər alimlər seksin futbola mənfi təsirini iddia etsələr də, İsveçrədən olan tədqiqatçılar bunun əksini bildirirlər. Onların gəldiyi rəyə əsasən, oyundan 10 saat əvvələ qədər futbolçu istədiyi hərəkəti edə bilər. İsveçrəlilərin bu araşdırmaları dünyanın bir çox məşhur futbol adamlarının da seks haqda danışmasına səbəb olub. Alman həmkarlarımız isə Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun məsələyə münasibətini öyrənib. 1990-98-ci illərdə Almaniya yığmasına rəhbərlik edən mütəxəssis həm bu mövzuya, həm də oyunların fasiləsi zamanı sekslə məşğul olduğunu iddia edən əfsanəvi Corc Bestin dediklərinə münasibət bildirib: "Mənim futbolçularım oyundan əvvəl sekslə məşğul ola bilər. Qoy, nə istəyirlər etsinlər. Amma oyunun fasiləsində onlar sekslə məşğul ola bilməz. Çünki bu, mümkün deyil. Ona görə ki, həmin vaxt yanlarında heç kim olmur".

rnrn

Maraqlıdır ki, vaxtilə rəhbərliyi altında Almaniyanın şərəfini qorumuş bir çox futbolçular onun dediklərini təsdiqləmir. Onların sözlərinə görə, «Qoca» düşərgədə olduğu müddətdə qaldıqları yerdən kənara çıxmaqlarına da icazə verməyib. Qadağasına kimin riayət edib-etməməsini otel xidmətçiləri vasitəsilə araşdırırmış. Allah eləməmiş, kimsə «iş başında» yaxalansaymış, ayağını bir də qapıdan içəri keçirə bilməzmiş. Berti  tərs sifətini yumşaq etməzmiş.

rnrn

Alman həmkarlarımız, yeri gəlmişkən, Foqtsun sərəncamında olan 24 futbolçudan 17-nin 21 yaşadək istedadlı olmasını qeyd edirlər. Elə çalışdırıcı da onların potensialının daha güclü klublarda oynamağa imkan verdiyini düşünür: "Sözsüz ki, dörd futbolçumuz Avropanın ən güclü liqalarından birində oynaya bilərlər. Mənim futbolçularım səfərdə hələ də ürəksizdir, cəsarətsizdirlər. Evdə isə onlar yetərincə inamlı oynayırlar. Bizim hələ evdə 4 oyunumuz var". Alman jurnalistlər Foqtsun bu sözlərinin təsdiqi kimi, cari seçmə mərhələdə hər 3 səfər oyununda uduzmağımızı, evdə Türkiyəni 1:0 hesabı ilə yendiyimizi, ötən seçmə mərhələdə Rusiya ilə Bakıda 1:1-lik bərabərliyi göstəriblər. Onlar futbol ölkəsi saymadıqları Azərbaycan yığmasının yalnız milli çempionatımızdan təşkil olunduğunu, FİFA-nın reytinqində 139-cu yerə kimi geriləməsinə də toxunublar. Ancaq Foqtsrnbundan yuxarıda olmağımızı xatırladıb: "FİFA-nın reytinqində 95-ci pillədə də olmuşuq. Biz ən yaxşı futbolçularımızın beynəlxalq təcrübəsi hesabına irəli getməliyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail