Ekstrasens Fatimə Rzayevadan şok açıqlamalar!

26.05.2011 | 9886 dəfə oxunub


Qadınlar idmana böyük həvəs göstərməsə də, aralarında futbolla maraqlananlar olur. Hər dəfə müxtəlif peşə sahibləri ilə müsahibələr təşkil etməkdə məqsədimiz onların bu sahə ilə hansısa şəkildə bağlılığını və nə düşündüklərini öyrənməkdir. Budəfəki qonağımız «Lider»TV-dən tanıdığımız ekstrasens Fatimə Rzayevadır. Onunla söhbətdə Azərbaycan futbolunda baş verəcək yeniliklərdən xəbər tutmağa çalışdıq. Fatimə xanım futbolumuzun gələcəyini, millimizin qarşıdakı oyunlarını və klublarımızın avrokuboklarda çıxışını necə görür? O, fikirlərini cəmləşdirib, bacardığı qədər, fasilərlə olsa da, suallarımıza cavablandırdı.

QEYD: Müsahibə ölkə kubokunun final oyunu - «İnter»-«Xəzər-Lənkəran» matçından əvvəl alınıb!

İdman sizin üçün nə məna daşıyır?

- Sağlamlığını düşünən insan idmanla məşğul olmalıdır. İdmançılarla fərqimiz odur ki, onlar gücünü «fizika»ya, biz isə hisslərə sərf edirik. Ekstrasens də hisslərini işə salmaqla idman eləyir. Biz daha çox enerji sərf edirik, nəinki idmançılar. Bilirsiz ki, zehni güc «fizika»dan daha ağır olur. Ona görə, idman mənim üçün hər şey deməkdir.

Futbolla aranız necədir?

- Necə məgər?

Qadınların çoxu futbola nifrət edir. Hətta onu kişilərə qısqanırlar. Bunun səbəbini nədə görürsüz?

- Həyatda zövqlər fərqlidir. Qadınların sevdiyi teleseriallardır. Cütlüklər arasında o vaxt mübahisə yaranır ki, biri futbola, digəri kinoya baxır. Xanım həyat yoldaşını futbolu nə vaxt qısqanır? Ondan diqqət görməyəndə. Belə hallara rast gəlmişəm. Bu cür məsələlərlə bağlı mənə müraciət edənlər olub. Xanımlardan biri deyirdi ki, ərim futbolu məndən çox istəyir. Ona həyat yoldaşı ilə dil tapmağı məsləhət gördüm. Bu da işə yaradı. Mənim futbola baxışım pis deyil. Daim izləməsəm də, digər ölkələrlə müqayisədə, Azərbaycan futbolunda irəliləyişin olmamasından xəbərim var.

Azərbaycan futbolunun gələcəyini necə görürsüz?

- (fikirləşir). Bu yaxınlarda futbol bayramı olacaq. Xaricdən qonaqlar gələcək. Onların arasında rütbəli şəxslər də var. Gələn il bizim üçün uğurlu görünür.      

Avro-2012-nin seçmə mərhələsində millimiz daha 6 oyun keçirəcək. Bu matçların hansında qələbə qazana bilərik?

- Mümkünsə, rəqibləri və komandamızın oyunlarının keçirilmə tarixini deyin (dediyini edirəm. 10-15 dəqiqə keçir). Almaniyaya məğlub olacağıq. Özü də iki top fərqiylə. Qazaxıstanı hər iki oyunda udacağıq. Avstriya ilə oyunda da uğur görürəm. Belçika ilə çətin olacaq. Ən pis halda heç-heçə. Türkiyədə məğlubiyyət görürəm.

Türkiyə Avropa çempionatının final mərhələsinə çıxacaq?

- Türkləri final mərhələsində görmürəm. Belçika daha şanslıdır. Almaniya qrup birincisi, Belçika ikinci ola bilər.

Millimiz neçə xal toplayacaq?

- 12 xal toplamaq ehtimalı böyükdür.

Bəs qrupda neçənci yeri tutacağıq? 

- Komandamızı dörd-beşinci yerlərdə görürəm. Xüsusilə də irəliləyiş payızda olacaq.

Berti Foqts komandamıza hələ neçə il başçılıq edəcək?

- Onu uzun müddət işləyəcəyini düşünmürəm. Çünki səhhətində müəyyən problemlər var. O, bütün gücüylə işləyə bilmir. Foqts getmək istəyir, amma onu saxlayan qüvvələr var. İlin sonunda səhhətindəki prolemlərlə bağlı vəzifəsini tərk edə bilər.

Almaniyalını yerli məşqçi əvəzləyəcək, yoxsa yenə əcnəbi?

- Onun yerinə yenə əcnəbi gətiriləcəyi görünür. Tanınmış mütəxəssis ola bilər. Yaxın vaxtlarda milliyə yerli məşqçilərin başçılıq etmək ehtimalı azdır.

Yaxın vaxtlarda AFFA-da dəyişiklər gözlənilir?

- Aşağı strukturda iki dəyişiklik ola bilər. Bu, hansısa komitəyə başçılıq edən iki nəfərdir. Onlar yaxın vaxtlarda vəzifələrindən uzaqlaşdırılacaqlar.  

Mayın 24-də ölkə kubokunun finalında «Xəzər Lənkəran»la «İnter» qarşılaşacaq. Hansı klubun kuboku qazanmaq şansı böyükdür?

- «Xəzər»in şansları yüksəkdir. Onlar komanda olaraq, həm güclü, həm də istəklidir. Kuboku lənkəranlılar aparacaq.

Hesabı deyə bilərsiz?

- Həlledici top oyunun sonlarında vurulacaq. Matçın gedişində heç-heçə - 0:0, 1:1 - ola bilər. Son 15 dəqiqədə «Xəzər Lənkəran» fəallaşacaq və qələbə topunu vuracaq. Hesabı 2:1 görürəm.       

Belə çıxır ki, «İnter»  avrokuboklardan kənarda qalacaq?

- Mən belə görürəm.

Avrokuboklarda ölkəmizi təmsil edəcək «Neftçi», «Xəzər Lənkəran», «Qarabağ» və AZAL-ın şanslarını necə görürsüz?

- AZAL-ın şansı aşağıdır. «Neftçi»nin bir mərhələ keçmək ehtimalı var. «Xəzər Lənkəran»la «Qarabağ» irəliləyəcək. İkisindən birinin qrupa yaxın olduğunu hiss edirəm. Bu komandaların hansındasa sarışın məşqçi işləyir. Onun qədrini bilin. Çox savadlıdır. Həmin məşqçiyə qarşı haqsızlıqlar var. Gözü götürməyən insanlar onun Azərbaycandan getməsini istəyirlər. Bu cür mütəxəssisləri əldən buraxmaq olmaz.  

Dünya və Avropa çempionatında komandalarının uğuru üçün şamanlar cadu-pitidən istifadə edirlər. Son vaxtlar bizdə də belə hallara rast gəlinir. İdman aləmindən sizə müraciət edənlər olub?

- Mən nə falçı, nə də cadügaram. Allah-Təalanın verdiyi gücü pis əməllərə sərf eləmirəm. Bir insana kömək etməmişdən əvvəl onun niyyətini öyrənirəm, sonra onunla hisslərimi bölüşürəm. İdmançılardan mənə müraciət edənlər olub. Yarışdan əvvəl nəticəylə bağlı fikirimi öyrəniblər. Verdiyim proqnozlar arasında düzü də olub, yanlışı da.

Sirr deyilsə, kimlərdir?

- Ad çəksəm, düzgün çıxmaz. Onlar arasında güclü idmançılar və tanınmış məşqçilər də var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail