Dünya və olimpiya çempionu Azərbaycan millisində

08.07.2014 | 4436 dəfə oxunub

Kayak üzrə dünya və olimpiya çempionu İnna Osipenko-Padomskaya Azərbaycan milli komandasının heyətinə cəlb olunub. Stadium.az xəbər verir ki, 31 yaşlı idmançı həyat yoldaşı və şəxsi məşqçisi Dmitri Osipenko-Radomskinin rəhbərliyi altında hazırlaşacaq. Məşhur kayakçının millimizə keçidi ilə bağlı bütün məsələlər həllini tapıb. Qeyd edək ki, İnna Osipenko-Radomskaya 20 sentyabr 1982-ci ildə Ukraynanın Xerson vilayətində anadan olub. Təcrübəli kayakçı 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında və 2010-cu il dünya çempionatında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə qızıl medal qazanıb. O, həmçinin 2012-ci il London olimpiadasında 200 metr və 500 metr məsafələrə yürüşlərdə gümüş, 2004-cü il Afina olimpiadasında 4 nəfərlik qayıqla (K-4) 500 metr məsafəyə yürüşdə bürünc medala yiyələnib. Osipenko-Radomskayanın aktivində 2011-ci il Avropa çempionatında 1 nəfərlik qayıqla 500 metr, 2003-cü il dünya çempionatında 4 nəfərlik qayıqla 1000 metr, 2010-cu il dünya çempionatında 1 nəfərlik qayıqla 200 metr məsafələrə yürüşlərdə gümüş, 2001-ci il dünya çempionatında 4 nəfərlik qayıqla 1000 metr, 2011-ci il dünya çempionatında isə 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüşlərdə bürünc medal var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail