Flavinyo "Neftçi"dən ayrıla biləcəyini söylədi

"Bu cür hallar davam etsə, Azərbaycanı tərk etmək məcburiyyətində qalacağam"

26.09.2011 | 9132 dəfə oxunub

"Neftçi"nin yarımmüdafiəçisi Flavinyo Premyer Liqanın VII turunun "Bakı" klubu ilə oyununda zədələnib. Stadium.az xəbər verir ki, tibbi müayinədən sonra braziliyalı futbolçunun bir müddət yaşıl meydançalardan kənarda qalacağı müəyyənləşib. Ona zədə yetirən oyunçu isə rəqib komandanın üzvü Novruz Məmmədovdur. Ötən mövsüm "Muğan" klubunun heyətində çıxış edən Novruz Flavinyoya qarşı kobud oynayaraq, braziliyalının ayağını sındırmışdı.  

Braziliyalı futbolçu bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Bu cür oynamaq olmaz! Belə olan halda Azərbaycana səviyyəli legioner də gəlməz. Bu tip kobudluqlara hakimlər də göz yummamalıdır. Çünki kobudluq edən futbolçular cəzalandırılsa, belə halların da qarşısı alınar. "Bakı" ilə oyundan sonra bildim ki, məni zədələyən ötən mövsüm də ayağımı sındırmış futbolçudur. Maraqlıdır, amma təsadüf bir dəfə olur, iki dəfə yox. Allaha dua edirəm ki, bu dəfə ayağım sınmadı. Azərbaycanı çox sevirəm, maraqlı futbol çempionatı gedir. Ancaq bu cür hallar davam etsə, Azərbaycanı tərk etmək məcburiyyətində qalacağam".

Novruz Məmmədovun Flavinyoya qarşı kobud oynadığı epizod isə belədir: 

rnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail