Futbolçuların başın qırxan stilistdən maraqlı açıqlamalar
Türkiyə vətandaşı olmasına baxmayaraq, onu həm də azərbaycanlı kimi qələmə verə bilərik. Artıq 11 ildir ki, ölkəmizdə çalışan və azərbaycanlı xanımla ailə həyatı quran Cəmil bizlərdən biridir... Onu daha çox stilist Cəmil, usta Cəmil kimi tanıyırlar. Cəmil Özkoç 8 ildən çoxdur ki, Azərbaycan futbolçularının və şou-biznes əhlinin ən çox müraciət etdiyi bərbərlərdəndir.
Stadium.Az xəbər verir ki, “Qarabağ”ın tanınmış futbolçularından Ansi Aqolli, Qara Qarayev, İbrahim Şehiç, Muarem Muarem, Reynaldo, “Qəbələ”dən Asif Məmmədov, Ruslan Abışov, “İnter”dən Vüqar Nadirov, millimizin sabiq üzvləri Aqil Nəbiyev, Mahir Şükürov saç düzümlərini ona həvalə edirlər.
“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov da Cəmilin müştərilərindəndir. Azərbaycanda çalışmış Con Benjamin Toşak, Rasim Kara, Cavat Güler kimi məşhur mütəxəssislərin, eləcə də Manuel Skarlatake, Ahmet Dursun, Oqtay Derelioğlu, Admir Teli kimi futbolçuların da yolu Cəmilin bərbərxanasından keçib.
C.Özkoç futbolçularla ilk tanışlığından danışıb:
“Mənim yanıma ilk gələn futbolçu Fizuli Məmmədov olub. İndi “Zirə”də çalışan Fizuli çoxdandır ki, görünmür. Ondan sonra çox sayda futbolçu yanıma gəldi. Aqil Nəbiyev futbolçuların mənə müraciət etməsinə xeyli yardımçı oldu. Ölkəmizdən gedişinə ən çox üzüldüyüm oyunçu Admir Telidir. Pul verməklə heç arası olmayan oyunçular siyahısında Alim Qurbanovla Mahir Şükürovu göstərə bilərəm. Onlardan pul almaq əzab-əziyyətdir. Ən əliaçıq oyunçular legionerlərdir. Ən çox pul verən yerli futbolçu isə Vüqar Nadirovdur (gülür). Tez-tez stilini dəyişən oyunçuların siyahısına Ruslan Abışov rəhbərlik edir. Millimizin oyunçusu saç stilinin Ronaldo ilə uzlaşmasını istəyir. Qara Qarayev isə bir az kaprizli olub, saç bəyəndirmək olmur. Əfran İsmayılovun saçını düzəltmək çox çətindir. Onun saçını qırxıram, sonra yuyub quruduram, sonra yenə qırxıram, nəhayət, əmələ gəlir. Müştərilərim arasında heç bir fərq qoymuram, çünki onlar mənim üçün əzizdirlər. Dostluq etdiyim futbolçuların da sayı az deyil. Futbolçuların transferlərini ilk bilən adamlardanam. Komandalardan “Qarabağ” və “Qalatasaray”a azarkeşlik edirəm. Amma digər komandalar avrokuboklarda mübarizə aparanda onların da tərəfdarı oluram”.
Cəmil Özkoçun sözlərinə görə, onun çalışdığı “Deluxe Studio”ya Azərbaycanın tanınmış müğənniləri də gəlir:
“Ədalət Şükürov, Ayaz Qasımov, Vasif Məhərrəmli, Samir Piriyev, şoumeni Fərda Xudaverdiyev də saç düzümlərini mənə əmanət edirlər. Ədalət müəllim çox səmimi insandır, üzü həmişə gülür, həmçinin səxavətli biridir. Fərda Xudaverdiyev ilə çoxdan dostluq edirəm, Azərbaycanda mənə dəstək olan insanlardandır, onunla ailəvi dostuq. Ayazla isə işdən sonra tez-tez görüşürük, salona da gəlib-gedir. Bir sözlə Azərbaycan şou-biznesinin və futbolunun gündəmi bizim studiyada müzakirə olunur (gülür). Türkiyədə belə bir deyim var: “Haberi berberden sor”. Bəzən iki ay sonra medianın xəbər tutduğu transferi ilk olaraq mən bilirəm... Hətta transfer qiymətlərinə qədər...”.
Özkoç Azərbaycandakı gələcək planlarından da danışıb:
“Azərbaycanda ailə həyatı qurmuşam, iki övladım var. Talenin işini bilmək olmaz, amma hələ uzun müddət burada qalmağı düşünürəm. Azərbaycan dilində tam sərbəst danışa bilirəm, bu ölkəni sevirəm. Salonumun qapısı isə hər kəsin üzünə açıqdır... Mənim üçün müştərininin heç bir fərqi yoxdur. İnsanlara xidmət etmək və onları razı yola salmaq borcumdur”. (axşam.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |