İngiltərə millsinin və "Lester"in hücumçusunun xanımını zorlayıblar FOTOLAR

12.07.2016 | 6299 dəfə oxunub

İngiltərə millisinin və "Lester"in ulduzu Ceymi Vardinin həyat yoldaşı Rebeka Vardi illər əvvəl cinsi istismara məruz qalıb. Stadium.Az xəbər verir ki, Rebeka bu barədə "The Sun"a açıqlamasında bildirib.

Rebeka 15 yaşı olanda ailə dostlarının ona təcavüz etdiyini və 3 il cinsi istismara məruz qaldığını bildirib. Başına gələnlərin bütün uşaqlığını məhv etdiyini bildirən Rebeka Vardi aldığı psixoloji zərbənin təsirinin hələ də qaldığını qeyd edib. 3 uşaq anası olan Rebeka anası Alisonun və digər ailə üzvlərinin toylarına da məhz bu üzvdən qatılmadığını ilk dəfə açıqlayıb.

"O gündən etibarən eyni uşaq olmadım. Çünki özümü heç vaxt təhlükəsizlikdə hiss etmədim. Onu hər dəfə görəndə əlim-ayağım tutulurdu, soyuq tər axırdı. O isə daha artığını edirdi. Qurtula bilməyəcəyimi hiss edirdim" - deyə Rebeka etiraf edib.

Bu ilin tapıntısı hesab edilən Ceymi Vardi “Lester” klubu ilə müqaviləsinin vaxtını uzadıb. İngiltərə millisinin futbolçusu 2020-ci ilə qədər "tülkülər"in şərəfini qoruyacaq.

"Ceymi və biz güman edirik ki, bu addımdan sonra onun klubdan gedişi ilə bağlı söz-söhbətlərə son qoyulacaq. Avropa çempionatı bitməyincə futbolçu müqavilə barədə şərh verməyəcək”.

Yeni müqaviləyə əsasən, Vardinin qazancı həftəlik təqribən 100 min funt sterlinq (226.360 min AZN - red.) olacaq. Ceymi Vardi ötən mövsüm “Lester Siti” ilə İngiltərə çempionatının qalibi olub.


Ceymsin Vardi
Ceymi və Rebeka Vardi



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail