Çempionlar Liqasının ən reytinqli klubu "Real"dır

25.01.2017 | 3354 dəfə oxunub

UEFA-nın saytı Çempionlar Liqasının adı ilə keçirilən turnirin tarixində (1992) ən yaxşı klubların reytinqini tərtib edib. Stadium.Az xəbər verir ki, klublara turnirdə qazanılan qələbələrə görə 2, heç-heçəyə görə 1 xal verilməklə nəticələr hesablanıb.

İlk pilləni Çempionlar Liqasının 11 qat qalibi "Real" tutub. "Kral klubu"nun aktivində 319 xal var. Cəmi 5 xal geri qalan "Barselona" ikinci, "Bavariya" isə 284 xalla 3-cü olub.

Türkiyə klubları arasında ən yaxşı göstərici 23-cü pillədə qərarlaşan "Qalatasaray"a məxsusdur. "Sarı qırmızılar"ın aktivində 80 xal var. Postsovet klublarından ən yaxşı nəticə isə Kiyev "Dinamo"suna məxsusdur. Ukrayna təmsilçisi 85 xalla 21-cidir.

1955-ci ildən etibarən nəzərə alınan ümumi reytinqdə də "Real" 550 xalla liderdir. "Bavariya" (429 xal) və "Barselona" (399 xal) ilk üçlüyü qapayır.

"Qalatasaray" isə 152 xalla 19-cu yeri tutur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail