"AFFA-nın saytında məni Dmitri Ruslan oğlu Nağıyev kimi yazdıqda anam bərkdən gülüb..."

03.04.2017 | 5907 dəfə oxunub

"Ukrayna klublarından təklif yox idi. Bir dəfə U-14 komandasına çağırış oldu. Amma xəstələndiyim üçün gedə bilmədim. Bununla da hər şey yekunlaşdı. "Dnepr"in əvəzedici heyətində olduğum vaxt isə məni U-17 yığmasına çağırmaq istəyirdilər. Amma son nəticədə məni heç kim heç yerə çağırmadı".

Stadium.Az xəbər verir ki, bunu Ukrayna "Dnepr"inin və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının futbolçusu Dmitri Nağıyev "Sport Seqodnya" nəşrinə müsahibəsində deyib.

Gənc müdafiəçi Azərbaycan vətəndaşlığı almasından danışıb: "Anamın bir tərəfi azərbaycanlıdır. Artıq dünyasını dəyişmiş babam Azərbaycanda məşhur hərbçi olub. AFFA-dan onun vasitəsilə mənimlə əlaqə saxladılar.

Yığmada oynamağı təklif etdilər. Düşündüm ki, niyə də yox?! Özümü yoxlamağı qərara aldım. Üstəlik, həmin vaxt "Qəbələ" variantım var idi. Vətəndaşlığım mənə Azərbaycanda legioner sayılmamağa kömək edəcəkdi. Yekunda hər şey nəzərdə tutulduğu kimi alınmadı.

Amma mən Azərbaycan pasportu alaraq, gənclər yığmasında bir neçə oyun keçirdim. Çoxları düşünür ki, atam tərəfdən əslən azərbaycanlıyam. Amma əslində hər şey əksinədir. AFFA-nın saytında məni Dmitri Ruslan oğlu Nağıyev kimi yazdıqda anam bərkdən gülüb atamla zarafatlaşdı. Ümumilikdə Azərbaycanda çoxlu qohumum və tanışım var. "Zvezda" ilə oyundan sonra onlardan çoxlu zəng və mesaj aldım. Hərçənd, göz qabağında olduqda çoxları zəng edirlər. Hətta oynamasam belə, xoş haldır ki, Azərbaycandan yazıb zəng edirlər".

Nağıyev Ukrayna yığmasında oynama şanslarının qaldığını da bildirib: "Azərbaycanın əsas millisində bir oyuna çıxsam, Ukrayna yığmasının qapıları üzümə bağlanacaq. FİFA-nın qaydaları belədir. Əla başa düşürəm ki, səviyyəm birinci yığmaya hələ uyğun deyil. Amma hər şey çox tez dəyişir. 1,5 il əvvəl Nikolay Matviyenko ilə əvəzedicilərin matçında bir-birimizə qarşı oynamışdıq. İndi isə o, Xorvatiyaya qarşı Ukrayna yığmasında debüt etdi və yaxşı da oynadı. Həyatda hər şey çox tez dəyişir. Moskvadakı agentimin mənə dediyi kimi: "Yatanda ulduz, ayılanda heç kim ola bilərsən. Amma yatanda heç kim, ayılanda ulduz da olmağın mümkündür".

Dmitri Nağıyev Ukrayna Premyer Liqasının XXIII tur matçında "Zirka"nı məyus edib. O, "Dnepr"in əsas komandasındakı debüt matçında komandasına qələbə qazandırıb - 1:0.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail