Moskva "Lokomotiv"i Qara Qarayevi istəyir - RƏSMİ

05.04.2017 | 4740 dəfə oxunub

"Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayevin Moskva "Lokomotiv"inin maraq dairəsinə düşdüyü barədə yayılan xəbərlər təsdiqini tapıb.

Stadium.Az xəbər verir ki, Moskva "Lokomotiv"in baş məşqçisi Yuri Syomin maraqlandıqlarını təsdiqləyib. Rusiyalı mütəxəssis hələ 2013/14 mövsümündə "Qəbələ"də işlədiyi vaxtdan gənc yarımmüdafiəçini bəyəndiyini açıqlayıb:

"Sizə maraqlıdır ki, Qara Qarayev həqiqətən "Lokomotiv"ə keçə bilərmi? Belə deyim - "Qəbələ"də çalışdığım vaxtdan bu futbolçu xoşuma gəlirdi. "Lokomotiv"in nümayəndələri həqiqətən Bakıda Azərbaycan - Almaniya matçında olublar. Bizə maraqlı idi ki, Qara dünya futbolunun ən güclü yığmalardan biri ilə oyunda özünü necə göstərəcək. Mənə Qarayevin həmin matçdakı çıxışı ilə bağlı raport təqdim olunub.

Biz Azərbaycan yığmasının futbolçusunun çıxışını izləməkdə davam edəcəyik. Ancaq xahiş edirəm ki, məndən konkret informasiya soruşmayın. Hələ transferlər haqda danışmaq tezdir. Çünki Rusiyada mövsüm yanız mayın 21-də yekunlaşacaq. Bu müddətdə "Lokomotov" yeni futbolçular almayacaq. Ancaq bizim klubad seleksiya işi daim gedir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail