Messi bu gün “ilin toyu”nu edir: 260 şəxsi təyyarə, 300 cangüdən, 700 qonaq

30.06.2017 | 6041 dəfə oxunub

"Barselona”nın ulduzu Lionel Messinin nişanlısı Antonella Rokkuzzo ilə toyuna son hazırlıqlar görülür. Stadium.Az xəbər verir ki, Leonun anadan olduğu Rosario şəhərində sabah təşkil olunacaq toy mərasiminə dünyanın müxtəlif ölkələrindən qonaqlar təşrif buyuracaqlar.

İspaniya mediası məlumat yayıb ki, "ilin toyu” üçün dəvətlilər 260 şəxsi təyyarə ilə Rosarioya yollanacaq. Artıq dünən 12 şəxsi təyyarə Rosario hava limanına enib ki, bu da şəhər üçün rekord göstərici sayılır. Onlar arasında Argentina millisinin üzvləri Serxio Aquero, Pablo Zabaleta və Ezekyel Lavezzi də var. Bu gün isə Xavi Ernandes, Serxio Buskets, Jordi Alba, Luis Suares və Neymar kimi oyunçuların da şəhərə təşrif buyurmaları gözlənilir.

Bundan başqa, 300 təhlükəsizlik əməkdaşı sabah şəhərin mərkəzində iş başında olacaq. Qonaqların məskunlaşacaqları otellərin əməkdaşları ilə yüksək səviyyədə xidmət və məxfiliyin qorunması üçün bir neçə günlük xüsusi müqavilələr imzalanıb.

Toyu izləmək üçün 60 ölkədən 150 jurnalistin akkreditasiyadan keçdiyi vurğulanıb. Onlar üçün qalacaqları oteldə və toyun keçiriləcəyi yerdə iş otağı da ayrılacaq.

Argentina millisinin və "Barselona”nın futbolçularının, eləcə də, futbol dünyasının tanınmış simalarının toyda iştirakı gözlənilir. Ümumilikdə 700 qonağın iştirakı gözlənilən toydan yığılacaq məbləğin Messinin Argentinadakı yardım fonduna yatırılacağı bildirilib.

Argentina mətbuatı Rosario şəhərində son bir həftə ərzində canlanma yarandığını yazıb. Belə ki, şəhər tamamilə təmizlənib, divarlar Messinin şəkilləri ilə bəzədilib, bir çox yerdə ölkə bayrağı asılıb. Sakinlər "sanki başqa planetdə yaşayırıq” deməklə, vəziyyətdən məmnunluq bildiriblər. Messi-Rokkuzzo cütlüyü isə Leonun anadan olduğu evin bir neçə metr məsafəsində təşkil edilən mərasimlə ailə həyatı quracaq.

Cütlüyün Tiaqo və Mateo adında iki oğlu var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail