Ronaldoya qarşı növbəti zorlama ittihamı - FOTO

09.10.2018 | 6845 dəfə oxunub

“Yuventus”un hücumşusu Kriştino Ronaldonun adı bu ay növbəti, ikinci dəfə seks qalmalında hallanıb. Stadium.Az xəbər verir ki, bu haqda Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.

Xəbərin müəllifi bu zaman portuqaliyalı futbolçunun təcavüz etdiyi bildirilən Ketrin Mayorqa adlı qadının vəkilinə istinad edib.

Zorlama hadisəsinə görə Ronaldonun adı ilk dəfə məhz bu qadınla gündəmə gəlib.

Qəzet yazıb ki, həmin məlumat yayıldıqdan sonra daha bir qadın vəkillə əlaqə saxlayaraq Ronaldo tərəfindən zorlandığını iddia edib. Vəkil başqa məlumat verməyib. Yalnız onu qeyd edib ki, həmin qadın məsələ ilə bağlı bütün məlumatları hüquq-mühafizə orqanlarına verəcəyini söyləyib.

Bundan öncə amerikalı Mayorqa iddia edib ki, 2009-cu ildə Ronaldo onu zorlayıb. Sonradan susması üçünsə ona 400 min dollar verib. Hadisədən 10 il keçdiksən sonra isə o, bu haqda polisə məlumat verməyi qərara alıb.

Ronaldo ünvanına yönələn bu ittihamları təkzib edib. Britaniya mediası gecə klubunda Ronaldo ilə rəqs edən bu qadının Ketrin Mayorqa olduğunu iddia edir



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail