Avropa Könüllülük Xidməti artıq Azərbaycanda

30.01.2012 | 5834 dəfə oxunub

Avropa Gənclərinin FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-də könüllü kimi iştirak etmək imkanları daha da artıb. Stadium.az AFFA-nın rəsmi saytına istinad
n xəbər verir ki, Dünya Çempionatının Yerli Təşkilat Komitəsi (YTK) aylarla davam edən danışıqlar və hüquqi proseslərin reallaşdırılması nəticəsində Avropa Komissiyasının Gənclər Fəaliyyətdə Proqramı tərəfindən rəsmi olaraq akkreditasiya alıb.
 
2006-ci ildə Avropa Parlamenti tərəfindən təsdiq olunmuş 2007-2013-cü illəri əhatə edən Gənclər Fəaliyyətdə proqramının əsas prioritet istiqamətləri Avropa Vətəndaşlığı, gənclərin iştirakçılığı və mədəni müxtəliflikdir. Gənclərə geniş imkanlar yaradan proqramın fəaliyyət sahələrindən biri və mühümü olan Avropa Könüllülük Xidməti vasitəsilə ölkələrarası beynəlxalq könüllülük layihələri reallaşdırmaq mümkündür. Bu istiqamətdə əldə edilmiş akkreditasiya FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin könüllülər komandasının daha da rəngarəng, beynəlxalq və peşəkar olması üçün Avropanın müxtəlif ölkələrindən 60-a qədər gəncin cəlb edilməsi hüququ vermişdir. 60 gəncin cəlb edilməsi birbaşa olaraq mədəniyyətlərarası dialoqu, yerli könüllülərin beynəlxalq təcrübədən yararlanması imkanlarını və gənclərarası inteqrasiyanı daha da inkişaf etdirəcəkdir.
 
Onu da qeyd edək ki, əldə edilmiş akkreditasiya 2012-ci ildən Avropa Komissiyası tərəfindən başladılan və Şərq Tərəfdaşlığı ölkələrinə daha geniş və birbaşa dəstək verən “Şərq Tərəfdaşlığının Gənclər Pəncərəsi” proqramında fəaliyyət göstərmək imkanını da yaratmışdır. Və bunun sayəsində YTK və AFFA üçün FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012 başda olmaqla gələcək illərdə xarici gənclərə Azərbaycanda, azərbaycanlı gənclərə isə xarici ölkələrdə beynəlxalq layihələrdə yaxından iştirak fürsəti yaratmışdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail