"Zirə" əsas heyətdən 4 futbolçusunu komandadan kənarlaşdırdı

07.01.2020 | 5775 dəfə oxunub

"Zirə" klubu 4 futbolçusu ilə yollarını ayırmağı qərara alıb. Stadium.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Zaur Həşimov məlumat verib.

39 yaşlı mütəxəssis Elvin Məmmədovla yanaşı, Bəxtiyar Həsənalızadə, Soni Norde və Anastasios Papazoqlunun əvəzedici heyətdə məşq etdiyini söyləyib: "Biz onları evəzedici heyətə göndərməmişik. Sadəcə, demişik ki, klub tapana kimi orada olun və məşq edin ki, formada olasınız".

Həşimov əvəzedici heyətdə məşq edən oyunçuların Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışına aparılmayacaqlarını da sözlərinə əlavə edib. O, hələlik heç bir legionerlə anlaşmadıqlarını da söyləyib: "Antalyaya baxışa bir neçə futbolçu dəvət etmişik. Adlarını açıqlaya bilmərəm. Keçid həll olunmamış danışmağım düzgün deyil".

"Zirə" Premyer Liqanın ilk yarısnı 17 xalla beşinci pillədə bitirib. Qəsəbə klubu Türkiyəyə yanvarın 8-də yola düşəcək. “İC Santai” otelində məskunlaşacaq komanda qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Rəqiblər yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, yanvarın 16-da Rumıniyanın “Sepsi”, yanvarın 21-də isə Serbiyanın “Napredak” klubları olacaq.

 "Zirə" yanvarın 22-də Bakıya qayıdacaq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail