Hollivud rejissoru “Bakı-2020” üçün reklam çarxı çəkdi - VİDEO

24.02.2012 | 5293 dəfə oxunub

Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına iddiaçı şəhər kimi hazırlanan yeni reklam çarxı təqdim edilib. Stadium.az xəbər verir ki, 7 dəqiqəlik yeni reklam çarxı “Bakı-2020”nin internet səhifəsində (www.baku2020.com) yerləşdirilib.

Filmdə Bakının Sifariş Kitabında əks olunan gələcək olimpiya infrastrukturunun 4 sektoru əyani nümayiş etdirilib. Çarxda həmçinin, Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibi seçiləcəyi təqdirdə istifadə ediləcək digər möhtəşəm tikili və ərazilər də öz əksini tapıb.

Filmi məşhur Hollivud rejissoru Rupert Vaynrayt çəkib. Əsərdə Azərbaycan paytaxtında aparılan futuristik quruculuq işlərinin görüntüləri və kompüter qrafikası vasitəsilə canlandırılan Bakının 2020-ci ildəki mənzərəsi təqdim edilir. “Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva reklam çarxını yüksək qiymətləndirib: “Bakı - dünyanın hələ açılmamış zəngin xəzinələrindəndir. Paytaxtımız gələn qonaqları öz gözəlliyi və müasirliyi ilə valeh edir”.

Nurullayeva Bakının həm tarixi şəhər kimi, həm də müasir paytaxt kimi xarici qonaqlarda böyük maraq oyatdığını vurğulayıb: “Əsrlərdən qalan İçəri Şəhərimiz bu günədək öz qədimliyini quruyub saxlayır və Dünya Mədəni İrsi siyahısına salınıb. Digər tərəfdən, müasir texnologiyalar əsasında şəhərdə qurulan yeni infrastrukturla paytaxtımız dünyaya açılan yeni mərkəzə çevrilir. Azərbaycan hazırda sürətli inkişaf yolu keçir. Təhsil, elm, texnologiyalar əsasında qurulan yeni iqtisadiyyatımız ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxarır. İdmanımızın gündən-günə inkişafı isə dövlətimizin uğurunu dünyaya çatdırmaq üçün prioritet sahəmizdir. 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyinə namizədliyimiz isə Azərbaycanın uzun-müddətli inkişaf strategiyasının bir hissəsidir”.

O, həmçinin, yeni reklam çarxının paytaxtımızın gözəlliklərini hələ görməyənlərə Bakıya gəlmək üçün yeni stimul olacağına ümid etdiyini, Azərbaycan xalqına məxsus qonaqpərvərlik ənənələrinin vətənimizə maraq göstərən hər kəs üçün açıq olduğunu bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail