Tokio-2020: İrina Zaretska da vümüş qazandı - YENİLƏNİB

07.08.2021 | 5456 dəfə oxunub

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub. Stadium.Az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.

O, növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb. İdmançımız  daha sonra Sofya Berultsevaya (Qazaxıstan) ilə üz-üzə gəlib və 4:5 hesab ilə uduzub.

Hazırda 4 xalla qrup ikincisi olan İrina son döyüşü türkiyəli Meltem Akyola qarşı keçirəcək. O, qalib gəlsə, yarımfinala yüksələ və ən azı bürünc medalı təmin edə bilər. 

***

İrina bu dueldə türkiyəli idmançı Meltem Akyola 4:0 hesabıyla qalib gələrək, qrupda birinciliyi özü üçün təmin edərək yarımfinala vəsiqə qazandı. Bu isə ən azı bürünc medal deməkdir.

İrinanın qrupda birinci olmasına səbəb isə onun uduzduğu qazaxıstanlı idmançı Sofya Berultsevayanın yaponiyalı Ayumi Uekusaya uduzması olub. Bununla da qazaxıstanlı idmançı qrupda ikinci, İrina isə birinci olub.

Yarımfinal görüşlərinin Bakı vaxtı ilə saat 14:20, finalın isə 14:55-də başlanması nəzərdə tutulub.

***

Yarımfinalda onun rəqibi Çin karateçisi Gong Li olub. 7:2 hesabı ilə qalib gələn idmançımız ən az gümüş medalı təmin edib. Finalda onun rəqibi Misir karateçisi Feryal Abdelazez olub. 0:2 hesabı ilə uduzan İrina gümüş medalla kifayətlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail