"Neftçi": 4 ildən sonra ilk dəfə

29.03.2012 | 5150 dəfə oxunub

“Neftçi” 4 illik həsrətə son qoyub. Stadium.az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsində “Kəpəz”i mübarizədən kənarlaşdıran “ağ-qaralar”ın yarımfinala çıxmaqla bağlı uğursuz seriyası başa çatıb. 

75 yaşını qeyd edən paytaxt təmsilçisi sonuncu dəfə 2007/08 mövsümündə kubokun ən güclü 4 komandası sırasında olmuşdu. Bundan sonra bakılılar növbə ilə “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”la 1/4 final oyunlarında “ağ bayraq” qaldırmışdılar.

Maraqlıdır ki, 4 il əvvəl olduğu kimi “Neftçi” yenə yarımfinalda “İnter”lə görüşəcək. Həmin vaxt almaniyalı hakimlərin idarə etdiyi matçlarda “İnter” mərhələ adlamışdı – 2:2, 1:0. Ümumilikdə isə 11-ci dəfə yarımfinala yüksələn “Neftçi” özünün Azərbaycan rekordunu yeniləyib.

Ölkənin digər köklü komandası “Qarabağ” da həsrətə son qoyub. Sonuncu dəfə - 3 il əvvəl kuboku qazandığı 2008/09 mövsümündə yarımfinala çıxan Ağdam təmsilçisi növbəti yarışlarda 1 dəfə 1/8, 1 dəfə 1/4 finalda dayanmışdı. Bu komanda ümumilikdə 10-cu dəfə finalın 1 addımlığındadır. 

Bu 2 komandadan fərqli, “İnter” və “Bakı” isə ötən mövsüm də yarımfinalçılar sırasında idi. Paytaxt təmsilçilərinin hər ikisi tarixində 7-ci dəfə finalın 1 addımlığınadək irəliləyib. 

Lakin “İnter” bu dəfəki uğuru ilə Azərbaycan rekordunu yeniləyib. Bakılılar 2006/07 mövsümündən başlayaraq ardıcıl 6-cı dəfə yarımfinala çıxıb. İndiyədək göstəricisi 5 olan “İnter” bu rekordda “Neftçi” ilə şərik idi. Lakin artıq ardıcıl yarımfinala çıxmaq üzrə vahid rekordçu var. “Bakı” isə ardıcıl 4-cü dəfə bu mərhələyədək irəliləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail