"Xəzər Lənkəran": "Buraya kadarmış, buraya kadar"

29.03.2012 | 4892 dəfə oxunub

Azərbaycan kubokunun son qalibi olan “Xəzər Lənkəran”ın seriyası qırıldı. Stadium.az xəbər verir ki, Lənkəran təmsilçisinə ardıcıl 3-cü il yarımfinala çıxmaq nəsib olmayıb. Bunadək 2010 və 2011-ci illərdə finala kimi irəliləyən cənub klubu əvvəlcə “Bakı”ya əlavə vaxtda uduzmuş, ardından “İnter”ə oyun sonrası penaltilər seriyası ilə qalib gəlmişdi. 

Ümumiyyətlə, “Xəzər Lənkəran” 8 illik tarixində 4 finalda oynayıb. Komanda 2007 və 2008-ci illərdə Ağasəlim Mircavadovun rəhbərliyi altında kuboku qazanıb. Yeri gəlmişkən, bunların birində qalib gəldiyi “İnter” lənkəranlılardan həm o, həm də son finaldakı məğlubiyyətin əvəzini çıxdı. Bu komandalar ilk dəfə kubokda 2005-ci ildə görüşüb və həmin vaxt – yarımfinalda indiki ssenari təkrarlanıb. Yəni onda da “İnter” “Şəfa” stadionunda minimal fərqlə qalib gəlmiş, Lənkəranda 1:1 hesablı bərabərliklə növbəti mərhələyə çıxmışdı. 

¼ finalda mübarizəni digər dayandıranlara gəlincə, “Qəbələ” ötən mövsümdə də bu mərhələdə dayanmışdı. Komandanın 7 illik tarixində kubokda ən yüksək göstəricisi isə 2 dəfə yarımfinala çıxmaq olub. Bu, 2009 və 2010-cu illərdə reallaşıb. AZAL isə 2005-ci olduğu kimi, yenə “Bakı”nı keçə bilmədi. Fərq ondadır ki, həmin vaxt komanda “Olimpik” adlanırdı. Ümumiyyətlə, komanda AZAL-la adlanan vaxtdan son 2 ildə dalbadal yarımfinala çıxdığından, onun da seriyası qırıldı. 

“Kəpəz” isə Azərbaycan kubokunun ən çox qaliblərindəndir. Gəncəlilər buna 4 dəfə kimi nail olduğu “Neftçi” tərəfindən mübarizədən kənarlaşdırıldı. Ümumiyyətlə, “Kəpəz” son dəfə 2000-ci ildə kuboku qazanandan sonra yarımfinala çıxa bilmir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail