Elnur Əşrəfoğlu Emin Abbasova "tülkü" deməsinə aydınlıq gətirdi

29.03.2012 | 8005 dəfə oxunub

"Emin Abbasov səhv edib, özü də bilir ki, nə səhv edib. Mətbuat konfransında Böyükağa Hacıyevə verdiyi sualdan sonra üçüncü bir tərəfi ortaya atmaq doğru deyildi. Məşqçiyə sual vermisənsə, cavabını istə. Nəyə görə üçüncü tərəfin adını orada hallandırıb gülüş obyektinə çevirməyə çalışırsan?!".

Bu sözləri Stadium.az saytına açıqlamasında "Neftçi"nin mətbuat xidmətinin rəhbəri və "Qol" verilişinin aparıcısı Elnur Əşrəfoğlu deyib. Əşrəfoğlu Emin Abbasovla aralarındakı mübahisə ilə bağlı açıqlama verərkən bunları dilə gətirib: "Eminin özünün mənimlə əlaqəsi var. İstənilən zaman zəng edib sözünü deyə bilər. Bunun əvəzinə, gedib orada-burada müxtəlif sözlər danışır. Bu nə dərəcədə həmkarlığa sığan hərəkətdir?! Tülkü bilirsiniz ki, həm qorxaq, həm də hiyləgər olur. Ona görə də mən belə bir söz işlətdim. Hər halda, həmkarımdır, yenə də istəməzdim belə olsun. Ancaq Emin səhv etdi, cavabını da aldı.

Bilirsiniz, müxtəlif ölkələrdə - məsələn, Türkiyə, İtaliya, Almaniyada futbol verilişləri var və onların hamısı bir-biri ilə rəqabət aparır. Ancaq bu, sağlam rəqabətdir. Onlar çalışırlar ki, verilişlərin səviyyəsini qaldırsınlar, baxımlılığı artırsınlar. Ancaq bizdə paxıllıq ön plana çıxır. Ondansa, gedib verilişi daha baxımlı etmək olardı. Ümumiyyətcə, "Futbol Saatı" verilişi efirə çıxandan Emin Abbasov ortalıqda çox fırlanır, çox söz danışır. Mən "Neftçi"nin mətbuat xidmətinin rəhbəriyəm, buna görə də jurnalistlərə hər zaman dəstək verməliyəm. Ancaq "Neftçi"də işləməyim o demək deyil ki, hansısa telekanalda veriliş apara bilmərəm. Obyektivliyə qalsa, "Qol" verilişində bir neçə dəfə "Neftçi"nin futbolçuları da tənqid olunub, baş məşqçisi də. AZAL-a məğlubiyyətdən sonra mən özüm canlı efirdə belə bir cümlə işlətdim: "Böyükağa Hacıyev, papağını qabağına qoy, fikirləş". Əgər obyektivlik olmasa, mən - Elnur Əşrəfoğlu bu sözü deyərdi?! Bundan başqa, iki dəfə Qurban Qurbanov və bir neçə dəfə də başqaları verilişin qonağı olub. Mən onlara demişəm ki, verilişdə nə danışsın?! Öz fikirlərini sərbəst şəkildə bildiriblər. Obyektivlikdən danışırıqsa, bir fakt da deyim. Sırf obyektivliyi qorumaq üçün "Qol" verilişi canlı olaraq efirə gedir, daha "Futbol Saatı" kimi videoyazıda yox".

Elnur Əşrəfoğlu daha sonra bu mövzu ilə bağlı baş məşqçi Böyükağa Hacıyevlə də mübahisə etdiyini bildirib: "Bu barədə Böyükağa Hacıyevlə də mübahisə etmişəm. Ona bildirdim ki, jurnalist sual veribsə, cavab vermək lazımdır. Çünki onun cavabı normal olsa, qarşı tərəf də üçüncü tərəfi ortaya ata bilməzdi".

Tahir BİNNƏTLİ 



  #2   Adınız: Emil;   E-mail: [email protected]

30.03.2012 21:56

Ne Eminin ne de Elnurun peshekarligini beyenirem. Zennimce hech
birinin futboldan ele de anlayishi yoxdu.

  #1   Adınız: namik;   E-mail: [email protected]

30.03.2012 05:32

ELnur Neftci ucun lekediler,ne qeder gec deilse Neftci rehberliyi
olcu goturmelidir

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail