Rəşad Sadiqov "Neftçi" ilə oyundan danışıb, Quzanlı stadionundan gileyləndi

30.03.2012 | 6294 dəfə oxunub

Birisigün, Premyer Liqanın XXVI turu çərçivəsində "Qarabağ"ı "Neftçi" ilə ağır oyun gözləyir. Stadium.az xəbər verir ki, turun oyunu barədə "Qarabağ"ın kapitanı Rəşad Sadiqov əməkdaşımıza açıqlama verib: "Çətin oyun olacaq, bunu hamı bilir. Buna görə də, oyuna yaxşı hazırlaşmışıq. "Neftçi" çox güclü komandadır və hazırda turnir cədvəlinin vahid lideridir, həm də son çempiondurlar. Buna görə də, oyuna çox ciddi yanamalıyıq. Fikrimizdə ancaq qələbə qazanmaqdır, İnşallah buna nail olarıq. Rəqibi bilmirik, bizdə oyunla bağlı heç bir gərginlik yoxdur. Bizdə yalnız bir fikir var ki, meydana çıxıb qələbə qazanaq".

"Qarabağ" son oyunlarda çoxlu qol vəziyyətləri yaratsa da, son nöqtəni qoymaqda futbolçular çətinlik çəkirlər. Sadiqov bu məqama da aydınlıq gətirdi: "Həqiqətən elədir, düz deyirsiz, çoxlu qol imakanları yaradırıq, amma istifadə edə bilmirik. Bilirsiz, futbolçu meydanda rahat olmaq üçün yaxşı qazonda oynamalıdır, Ağdamda, ümumiyyətlə, bizdə stadionların vəziyyəti çox pisdir. Buna görə də, futbolçular qol imkanlarından yararlana bilmirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail