Tuyqun Nadirov: "O insanlar buna nail ola bilməyəcəklər"

30.03.2012 | 5237 dəfə oxunub

"Mövsümün sonunda Cüneyd Biçərlə klub arasındakı müqavilə bitəcək. Bundan sonra onun müqaviləsinə yenidən baxılacaq. Biçərin komandada qallıb-qalmamasına isə klubumuzun prezidenti Mais Mənsimov qərar verəcək". Bu sözləri "Stadium.az"a açıqlamasında "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Tuyqun bəy çempionat bitdikdən sonra yay dönəmində komandada edilə biləcək mümkün heyət dəyişikliklərinə də toxunub: "Komandanın baş məşqçisi Yunis Hüseynov bura gələrkən bizim qarşımızda belə bir şərt qoymayıb. Yəni o bizə deməyib ki, yayda heyət dəyişəcək. Amma bu, istisnasız deyil. Hər bir komandada yay tfasiləsi zamanı müəyyən dəyişikliklər baş verir, bizdə də ola bilər".

"Xəzər Lənkəran"da qruplaşmaların yarandığı, hətta klubun seleksiyaçı məşqçisi Zaur Ramazanovla aralarında problem yaranması barədə deyilənlərə isə Nadirov belə aydınlıq gətirdi: "Zaurla aramızda heç bir problem olmayıb. "Xəzər Lənkəran"da hamı bir ailənin üzvüdür və bu ailədə qruplaşma ola bilməz. Bunlar boş şeylərdir. Bu xəbərləri ortaya atıblar ki, komadadakı ab-havanı korlasınlar. Amma o insanlar buna nail ola bilməyəcəklər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail