Patrik Vieyra və Rafael Benitezdən AFFA-ya dəstək - FOTOREPORTAJ

30.03.2012 | 5337 dəfə oxunub

Martın 28-də və 29-da İngiltərənin Mançester şəhərində keçirilmiş Soccerex Avropa Forumunda FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 təqdim edilib. Stadium.az xəbər verir ki, 1500 nəfərdən çox nümayəndənin iştirak etdiyi tədbirdə dünya çempionatının stendi iştirakçılarda maraq doğurub. 2 gün davam edən sərgidə dünya futbolunun tanınmış simaları Patrik Vieyra, Rafael Benitez, Şey Qiven, Qaiska Mendiyeta, David Din, Emanuel Petit və başqalarına çempionat barədə ətraflı məlumat verilib. Futbol ulduzları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-ni dəstəklədiklərini bildiriblər. Həmçinin, bir sıra futbol klubları, şirkətlər, media nümayəndələri, federasiyalar və digər çempionatların Yerli Təşkilat Komitələrinin nümayəndələri ilə səmərəli müzakirələr aparılıb.
Tədbirin ikinci günündə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Koordinatoru Nərgiz Məmmədova və Könüllülük üzrə Direktoru Vüqar Rüstəmli tərəfindən 100-ə yaxın tədbir iştirakçılarına xüsusi təqdimat keçirilib. Təqdimatın keçirilmə məqsədi çempionatın hazırlıq prosesi haqda məlumat vermək, beynəlxalq media, idman qurumları və başqa əlaqəli müəssisələrlə, müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq imkanlarını işıqlandırmaq və könüllülük imkanları haqqında məlumat vermək olub.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail