Zeynal Məmmədov: "İndi nə deyirsiz, biz də millidən imtina edək?"

30.03.2012 | 5520 dəfə oxunub

"Bakı" klubu "Qarabağ", "Xəzər Lənkəran" və "İnter"in yoluyla getməyəsək. Bu komandalar aprelin 2-si 5-i aralığında Bakıda keçiriləcək Azərbaycan milli komandasının təlim-məşq toplanışına futbolçularını buraxmayacaqlarını bildirmişdilərsə, "Bakı" klubu belə etməyəcək. Bu barədə "Stadium.az" saytına açıqlamasında klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib: "İndi nə deyirsiz, biz də millidən imtina edək? Düzdür, millinin bu toplanışı təqvimdən kənardı və komandalara ziyan vurur. Amma istənilən halda, milliyə qarşı çıxmaq olmaz. Məşqçimiz Novruz Əzimov da mənə yaxınlaşıb dedi ki, ağır oyunlarımız var, futbolçuları milliyə buraxmayaq, amma razılaşmadım. Bu bizə sərf eləməsə də, futbolçularımızı milliyə verməkdən imtina etməyəcəyik".

Bu mənada "Bakı" klubu millidən an çox zərbə görən komandadır. Daha öncə millinin düşərgəsində zədələnən Fabio Luis Ramimin bu zədəsi sonradan xroniki hal aldı ki, nəticədə futbolçu məhz bu səbəbdən "Bakı"dan ayrılmaq məcburiyyətində qaldı. Ardınca isə Elvin Məmmədov millinin oyununda zədələnərək futbol oynamaqdan uzaq qaldı ki, buna görə Məmmədov hələ də, ideal formadan uzaq qalıb. Zeynal müəllim bu məsələyə də toxundu: "Məhz bunlar zamanında bizə çox baha başa gəldi. Amma neyləmək lazımdı... Ölkə kubokunda da mübarizə apardığımızdan, 3 gendən bir oyun oynayacağıq, bu da bizə çox çətindi. Çünki heyətdə zədəli futbolçularımız var və qalanlarının da yüklənməsini istəmirik. Amma milliyə qarşı da çıxmayacağıq. Əgər başqa komandalar milliyə futbolçu verməsə, yəqin bizimkilər də getməyəcək. Çünki millidə bizim iki futbolçuya məşq keçməyəcəklər ki". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail