"Qarabağ"ın qapıçısından inamlı göstərici

03.04.2012 | 5616 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatlarda ən uzun “quru seriya”ya malik qapıçılarının növbəti siyahısını açıqlayıb. Stadium.az xəbər verir ki, sonuncu dəfə yanvarın 18-də açıqlanan cədvəldə 4 yeni ad peyda olub. Özü də 660 dəqiqə həddini keçən əlcək sahiblərinin siyahısı bu dəfə artaraq, 472-ə yüksəlib. 

Həmin 4 nəfərdən biri “Qarabağ”ın serbiyalı qapıçısı Boyan Pavloviçdir. Ötən ilin qışından Ağdam təmsilçisində çıxış edən legioner 828 dəqiqəlik rekordu ilə siyahıya düşüb və 139-cu pillədə qərarlaşıb. 

Maraq üçün deyək ki, Boyandan sonra “Çelsi”nin məşhur çexiyalı qapıçısı Peter Çex gəlir. Onun hesabında 827 dəqiqə var. Düzdür, bu, Çexin siyahıda 2-ci rekordudur və ondan yüksək olanı da var. Siyahıya daxil olan Navaf Xalid-Əl-Xalidi isə yüksək nəticəyə imza atıb. Küveytin “Əl-Qüdsiyə” klubunda oynayan ərəb qapıçı 1453 dəqiqə ilə 2-ci pilləyə yüksəlib. Onu dünya rekordundan 363 dəqiqə ayırır. 

Siyahıdakı dəyişikliklər Azərbaycan milli çempionatında siyahıya düşən qapıçılarımızın mövqelərinə təsir edib. Özü də onların çoxu geriləyib. Pavloviç ölkəmizin rekordlar siyahısında 16-cı göstəricinə imza atıb. O, bu uğura imza atan 12-ci qapıçımız olub. 

İlk “onluq” 

1. Geraldo Pereyra de Matos Filyo "Mazaropi” (“Vasko da Qama”, Braziliya) – 1816 dəqiqə
2. Navaf Xali-Əl-Xalidi (“Əl-Qüdsiyə”, Küveyt) - 1453
3. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1442
4. Dani Verlinden (“Brügge”, Belçika) - 1390
5. Joze Mariya Buljubasiç (“Universidad Katolika”, Argentina) - 1352
6. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1325
7. Edvin van der Sar (“Mançester Yunayted”, İngiltərə) – 1311
8. Əssam Əl-Hadari (“Nasyonal”, Misir) – 1288
9. Samir Səid (“Əl-Ərəbi”) - 1283
10. Abel Resino Gomes (“Atletiko”, İspaniya) – 1275

Azərbaycan Premyer Liqasının İFFHS-dəki təmsilçiləri

26 (25). Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
57 (58). Xalidu Sissoko (“Bakı”) – 985 
60 (61). Xalidu Sissoko (“Bakı”) – 971
64 (64). Camaləddin Əliyev (“Qarabağ”) – 958 
68 (69). Pavel Doroşev (“Qəbələ”) – 952
74 (74). Elxan Həsənov (“Neftçi”) – 943
139. Boyan Pavloviç (“Qarabağ”) – 828
165 (169). Dmitri Kramarenko (“Karvan”) – 798 
202 (206). Dmitri Kramarenko (“Neftçi”) – 772 
247 (251). Rauf Mehdiyev (“Olimpik”) – 746
251 (254). Elşən Poladov (“Bakı”) – 744 
256 (257). Nadir Şükürov (“Dinamo”) – 741
271 (273). Aleksandr Martyoşkin (“Xəzər Lənkəran”) – 735
308 (304). Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720 
361 (363). Camaləddin Əliyev (“Qarabağ”) – 700
422 (421). Rauf Mehdiyev (“Olimpik”) – 676



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail