Aleksandr Starkov: "Klub rəhbərliyi dərhal böyük nəticələrin qazanılmasını istəyirdi"

04.04.2012 | 5230 dəfə oxunub

“Bakı” klubunun sabiq baş məşqçisi Aleksandr Starkovun Latviya mətbuatına müsahibəsi: 

- “Bakı” klubundan istefanız nə ilə bağlı idi? 
- Baş məşqçi postundan istefa ilə bağlı qərarı özüm verdim. Bu, mənim qərarım idi.

- Bəs buna səbəb nə oldu? 
- Aydın idi ki, klubun sahibləri tam başqa nəticə gözləyirdi. Onlar komandaya və infrastruktura böyük pullar xərcləyib. Səviyyəli futbolçuların yetişməsi üçün hər cür şərait yaradıb.

- Onda problem nə idi? 
- Klub rəhbərliyi dərhal böyük nəticələrin qazanılmasını istəyirdi. Amma müxtəlif səbəblərdən bu baş vermədi.

- Buna nə mane oldu? 
- Səbəblər müxtəlif idi. Komandada çox sayda yeni oyunçular var idi ki, onlara da uyğunlaşma çatmırdı. Hər şey göründüyü qədər sadə deyildi.

- Belə vəziyyətdə işləmək də çətindir... 
- Üstəlik, azarkeşlər və mətbuat tərəfdən, həmçinin rəhbərlikdən mənə təzyiqlər başladı. Bu vəziyyətdən çıxış yolu kimi istefa verməyi gördüm.

- Uğursuzluq nə ilə bağlı idi? 
- Hesab edirəm ki, hər şeyi düzgün və peşəkar səviyyədə görürdüm. Düzgün hesab etdiyim kimi edirdim. Lakin bu, artıq arxada qalıb. Həyatımda və karyeramda yeni mərhələyə qədəm qoyuram.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail