"Mənə öz futbolçularım maraqlıdır, azərbaycanlılar yox"

04.04.2012 | 6084 dəfə oxunub

Futbol üzrə gənclərdən ibarət Finlandiya yığmasının baş məşqçisi Mika Laurikaynen Azərbaycan millisi ilə yoxlama oyunu öncəsi fikrini bölüşüb. Stadium.az xəbər verir ki, baş məşqçi oyuna istədikləri kimi hazırlaşa bilmədiklərini dilə gətirib:

"Futbolçular oyuna cəmi bir gün qalmış bir araya gələ bildi. Buna görə də sadəcə bir məşq keçə bilmişik. Ancaq onların məşqdə yaxşı çalışmaqları xoşuma gəldi. Həm də artıq hava da çox yaxşıdır. 
Çoxdan idi heyətimiz toplaşmırdı. Amma bunda ciddi problem görmürəm. Hər halda heyətin 5 üzvü eyni komandada – TPS-də forma geydiyi üçün bir-birini yaxşı başa düşürlər. Digərləri də yaxşı formadadırlar".

Laurikaynen daha sonra isə Azərbaycan yığması barədə də danışıb: "Onlar Avropa çempionatının seçmə mərhələsində mübarizə aparırlar və pis oynamırlar. Belçika və İslandiya ilə qarşılaşmalarda kifayət qədər yaxşı oynadılar. Ancaq azərbaycanlı oyunçular barədə konkret fikir bildirə bilmərəm. Prinsipcə, mənə daha çox öz komandamın üzvləri maraqlıdır, rəqib futbolçular yox".

Finlandiya (U-21) – Azərbaycan (U-21) matçı bu gün Helsinkidə keçiriləcək və Bakı vaxtı ilə 17:45-də başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail