İbrahim Karqbo: "Klubumuzun prezidenti Hafiz Məmmədov, vitse-prezidentimiz Zeynal Məmmədov üçün oynayacağıq"

06.04.2012 | 4608 dəfə oxunub

«Biz «Neftçi»ylə matçda bütün gücümüzü ortaya qoyaraq azarkeşlərimiz, klubumuzun prezidenti Hafiz Məmmədov, vitse-prezidentimiz Zeynal Məmmədov üçün oynayacağıq». Stadium.az xəbər verir ki, bu sözləri «Bakı»nın oyunçusu İbrahim Karqbo Unibank Premyer Liqanın 27-ci turunda  «Neftçi»ylə oyun öncəsi bildirib.

O qeyd edib ki, qarşıdakı oyunda qələbə komandalarında əhval-ruhiyyəni yaxşıya doğru dəyişəcək: «İki ildir mən bu klubdayam. Burada çox dəyişiklik olub. Çox futbolçu gəlib-gedib ki, bu da komandanın nəticəsinə təsir edib və biz istədiyimizi qazana bilməmişik».

Karqbo bir komanda olaraq «Neftçi»ni udmalı olduqlarını bildirib.

«Neftçi»ylə oyunda Allah bizə kömək olacaq. Hər şey Allahın əlindədir. Təbii ki, indi «Neftçi»nin oyunçuları «Bakı»ya uğurlar arzulamırlar. Biz gedib qalib gəlməliyik. Adətən, «Neftçi» «Bakı»nı məğlub edir, bu dəfə isə əksinə olacaq, biz onları udacağıq» - deyə o qeyd edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail