Yeni yaradılan futbol klubu kimindir?

09.04.2012 | 6287 dəfə oxunub

Astara rayonunda yeni yaradılmış futbol klubu rəsmi qeydiyyatdan keçib. Stadium.az xəbər verir ki, yeni futbol klubu "Sərhədçi” (Astara) Peşəkar Futbol Klubu adlanır.
 
Klubun "Sərhədçi” (Astara) adlandırılması rayonu əvvəllər təmsil etmiş komandanın adının bərpa olunması ilə bağlıdı. Yeni yaranmış klub I divizionda oynamaq niyyətindədi. Klubun əsas məqsədlərindən biri komandanın tərkibini yalnız yerli gənclərdən formalaşdırmaqdı. Klub hazırda təşkilati işlərlə məşğuldu.
 
Klubun təsisçisi Astara rayonundan olan iş adamı Ruslan Dadaşovdu. Ruslan Dadaşov 1976-cı ildə Astara rayonunun Balaca Şahağacı kəndində anadan olub. O, 1993-cü ildə Bakı şəhəri S.C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasını, 1999-cu ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini, 2006-cı ildə Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirib. Bakıda fəaliyyət göstərən bir neçə müəssisənin sahibidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail