FİFA AFFA-nın qarşısında şərt qoydu: "Şəfa"nın "alt paltarı" dəyişdirilməlidir

11.04.2012 | 5486 dəfə oxunub

Bildiyiniz kimi, Azərbaycan sentyabr ayında daha bir möhtəşəm yarışa ev sahibliyi edəcək. Açılışı Tofiq Bəhramov adına Respublika stadionunda həyata keçiriləcək 17 yaşlı qızlardan ibarət komandalar arasında dünya çempionatının digər oyunları “Dalğa Arena”, “AZAL Arena”, Lənkəran şəhər mərkəzi stadionunda, eləcə də “Şəfa”da baş tutacaq. Stadium.az xəbər verir ki, bunun üçün isə adları çəkilən arenalarda maksimum rahatlıq  yaradılmalıdır. FİFA matçların süni örtüklü meydançalarda keçirilməsinə icazə versə də, bunun üçün müəyyən tələblər qoyur. “Şəfa” stadionunun qazonu isə heç bir tələbə cavab vermir. Uzun müddətdir ki, istifadədə olan arenada futbol oynamaq olduqca çətindir. Burada zədələnmək riski böyükdür, eləcə də oyunçuların rahat hərəkəti mümkün deyil.

Odur ki, FİFA tələb kimi “Şəfa” stadionunun qazonunun dəyişdirilməsini şərt qoyub. Əvvəldən bu işi planlarına daxil edən “İnter” rəhbərliyi yeniləmə işinə 1 həftədən sonra başlayacaq. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov “futbol11.az” saytına açıqlamasında bildirib ki, bunun üçün bütün təşkilatı işlər görülüb: “Amma yeniliklərin hansı əcnəbi şirkət tərəfindən həyata keçiriləcəyi məlum deyil. Biz daha müasir və standartlara cavab verən süni örtük döşətdirəcəyik. Eyni zamanda, tribunalar da dəyişdiriləcək. Bütün  bunlar dünya çempionatının başlanmasına qədər yekunlaşacaq”.

Qeyd edək ki,  yenilənmə yalnız stadionun əsas meydançasında reallaşacaq.

futbol11.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail