ADU-da DÇ-2012-nin təbliğatı

11.04.2012 | 4556 dəfə oxunub

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüblər. Stadium.az xəbər verir ki, nümayiş formatında təşkil olunmuş görüş universitetin önəmli tədbiri ilə planlı şəkildə ardıcıl olaraq keçirilib.

ADU-nun professoru Sərxan Abdullayevin 70 illik yubileyi münasibətilə təşkil olunan tədbirin 400-ə yaxın iştirakçısı zalda öz yerlərini tutmazdan öncə, dünya çempionatının stendinə yaxınlaşaraq həm çempionat barədə ümumi məlumat, həm də könüllülük proqramı haqqında informasiya əldə ediblər. Ölkəmizdə keçiriləcək böyük futbol turnirin ümumi təqdimat materiallarının sərgiləndiyi tədbirdə çempionatın rəsmi maskotu da iştirak edib.

Xatırladaq ki, bir neçə gün öncə həmin universitetdə yerli təşkilat komitəsi nümayəndələri tərəfindən təqdimat keçirilmiş və gənclərə FIFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət yığmamız barədə məlumat verilmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail