AFFA "Neftçi" və "İnter"in şikayətinə münasibət bildirdi

14.04.2012 | 4236 dəfə oxunub

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda "Neftçi" və "İnter"in İntizam Komitəsinin onlar barədə qəbul etdiyi qərarları ilə bağlı müraciətlərinə baxılıb.

Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:

1. "Neftçi" barədə AFFA-nın İntizam Komitəsinin 09.03.2012-ci il tarixli qərarı dəyişdirilsin və U-16 Liqasının "Qəbələ"- "Neftçi" oyunu Qəbələ şəhərində qonaq komandanın bütün 
xərclərini "Qəbələ" çəkməklə yenidən keçirilsin.

2. "Neftçi" barədə AFFA-nın İntizam Komitəsinin 03.04.2012-ci il tarixli qərarının 2-ci bəndi qüvvədə saxlanılsın.

3. "İnter" barədə AFFA-nın İntizam Komitəsinin 03.04.2012-ci il tarixli qərarının 4-cü bəndi qüvvədə saxlanılsın. "Xəzər Lənkəran" - "İnter" komandaları arasında oyunun hakimi barədə məsələyə Hakimlər Komitəsi, hakim-inspektoru barədə məsələyə isə Hakim-İnspektorlar Komitəsi baxaraq Apellyasiya və Ekspert Komitəsinə məlumat versin.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail