Azərbaycan kubokunun yarımfinal mərhələsi rəqəmlərin gözü ilə

16.04.2012 | 4548 dəfə oxunub

Aprelin 18-də Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları keçiriləcək.Stadium.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytı bu mərhələdə üz-üzə gələn komandaların ölkə kubokunda baş tutan əvvəlki oyunlarının balansını tərtib edib. Burada komandaların indiki və əvvəlki adları altında yalnız kubok görüşləri əks olunub. Yarımfinalda əbədi iddialılar oynadığından bu komandalar indiyədək dəfələrlə kubok yarışlarında da üz-üzə gəlib. Maraqlıdır ki, hər 2 cütünü öz favoriti var.


1/2 final, ilk oyunlar

18 aprel (çərşənbə)

"Bakı" - "Qarabağ" 

+1=1-4, top fərqi – 4:9
“Bakı” ilə “Qarabağ”ın kuboka gedən yolları 4-cü dəfədir ki, kəsişir. Əvvəlki 3 qarşıdurmanın hamısında 1 qalib olub - bu da “Qarabağ” olub. Ağdamlılar hər dəfə rəqibini keçib mübarizəni davam etdirib. Bu duel çərçivəsində keçirilən 6 oyunda “Bakı” cəmi 1 qələbə qazanıb.

1997/98  

1/4 final  

Dinamo (Bakı) - Qarabağ (Ağdam)    0:0, 0:2

2008/09

1/2 final

Bakı - Qarabağ (Ağdam)  1:2, 1:2

2005/06

1/4 final

Qarabağ (Ağdam) - Bakı  3:2, 0:0

"İnter" - "Neftçi" 
+4=3-1, top fərqi – 10:6

Kubokda 5-ci dəfə yolları kəsişən paytaxt təmsilçilərinin duellərində “İnter” 3, “Neftçi” 1 dəfə mərhələ adlayan tərəf olub. Lakin “bankirlər” “İnter” kimi deyil, “Xəzər Universiteti” adlandığı vaxt mübarizəni dayandırıb. Elə “Neftçi”nin 4 dueldəki 8 oyunda qazandığı yeganə qələbə də 10  il əvvəlki həmin matçlara təsadüf edib.

2001/02  

1/2 final  

Neftçi (Bakı) - Xəzər Universiteti (Bakı)    2:0, 1:2

2004/05  

1/4 final

Neftçi (Bakı) - İnter (Bakı)  0:0, 0:0, pen. 3:4

2007/08

1/2 final

Neftçi (Bakı) - İnter (Bakı)  2:2, 0:1

2009/10

1/4 final

Neftçi (Bakı) - İnter (Bakı)  0:3, 1:2



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail