"Məşqlərə yenidən qoşulmaq istəsəm də, Fatih Kavlak mühafizə xidmətindən məni məşqdən uzaqlaşdırmağı tələb etdi"

17.04.2012 | 4953 dəfə oxunub

“Mən şəxsən baş məşqçi Fatih Kavlakla söhbət etdim. O mənə dedi ki, mövsümün sonunda komandadan gedə bilərsən. 1-2 günə rəhbərliklə danışıq masasına oturub müzakirə aparacağıq”. Stadium.az xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun futbolçusu Lübo Baranin deyib.

Qeyd edək kİ, “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Baranin və komandanın qapıçısı Pavel Doroşevslə yolları ayırmaq qərarı verib.

Müxbirimizlə söhbətində Baranin klub rəhbərliyi ilə münasibətlərinin əla olduğunu bildirib: “Rəhbərliklə danışıqdan sonra qəti qərarımı verəcəyəm. Bu olaya aydınlıq gətirilməsini istəyirəm. Çünki mən artıq üç ildir ki, bu komandanın şərəfini qoruyuram”.

“Nədən baş məşqçi səni komandasında görmək istəmədi” sualını cavablandıran Baranin belə deyib: “Mən komandayla birlikdə məşq etmək istəsəm də, baş məşqçi Fatih Kavlak buna imkan vemədi.  Mənə dedi ki, get, oteldə dincəl. Komanda birlikdə məşq edərkən mən trenajor zalında tək məşq edirdim. Məşqlərə yenidən qoşulmaq istəsəm də, Fatih Kavlak mühafizə xidmətindən məni məşqdən uzaqlaşdırmağı tələb etdi. Bunu nədən belə etdiyini anlamadım”.

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail