Pavel Doreşev Fatih Kavlaka gülür

17.04.2012 | 6340 dəfə oxunub

“Mən bilmirəm, hazırda “Qəbələ”də nələr baş verir. Açığı, komandadan uzaqlaşdırılacağımı  gözləmirdim”. Stadium.az xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun yollarını ayırdığı qapıçısı Pavels Doroşevs bildirib. O qeyd edib ki, son iki turda ehtiyatda qalsa da, baş məşqçiləri Fatih Kavlakla hər hansı bir söhbəti olmayıb: “Əksinə, mən hər zaman komandanın yanında olaraq, ona dəstək olmuşam. Baş məşqçi mənə yaxınlaşaraq “səninlə işləmək istəmirəm” dedi. Qərarının səbəbini də izah etmədi”.


Pavel Doroşevs bildirib ki, Fatih Kavlak komandada öz adamlarını ətrafına yığmağa çalışır: “Bunu isə müasir futbolda normal qəbul etmək lazımdır. Mən onun qərarına hörmətlə yanaşıram. Çünki komandanın nəticələrinə baş məşqçi cavabdehdir”.

“Ola bilərmi ki, “Bakı”yla qarşılaşmanın son saniyələrində buraxdığın qol, səni baş məşqçinin qəzəbinə tuş gətirib” sualına Doroşevs belə deyib: “Əgər Fatih Kavlak buna görə məni komandasında görmək istəmirsə, buna yalnız gülmək olar. Bir buraxılan topa görə komandanın əsas qapçısını uzaqlaşdırmaq yalnış fikirdi. Mən pis qapıçı olsam, 4 ay əsas heyətdə oynamazdım. Komandadan getməyimi buna görə istəyirsə, bu mənim üçün sürprizdir”.

“Qəbələ”dən ayrıldıqdan sonra hansısa yerli klublarımızın təklifini qəbul edəcəksənmi” sualını cavablandıran Pavels bunları deyib: “Əlbəttə,  böyük məmnuniyyətlə, qəbul edərdim. Çünki Azərbaycan çox xoşuma gəlib. Burada futbol oynamaq mənə xoşdur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail