Adamiya: "Bakı" yaxşı əhval-ruhiyyə qazanıb"

17.04.2012 | 6431 dəfə oxunub

“Bakı” son oyunda “Xəzər Lənkəran”ı böyük hesabla yenərək, yaxşı əhval-ruhiyyə qazanıb. Həm də demək olar ki, rəqibimiz əsas hədəfinin kubok olduğunu gizlətməyib. Öz meydanlarında oynadıqlarına görə sərfəli nəticə qazanmağa çalışacaqlar”. Stadium.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın gürcü futbolçusu Georgi Adamiya deyib. Təcrübəli hücumçu klubunun rəsmi saytına açıqlamasında sonuncu çempionluğunu 3 il öncə heyətində qazandığı “Bakı” ilə qarşıdakı sınaq haqda fikirlərini açıqlayıb. 

Adamiyanın sözlərinə görə, rəqibi üzərində cari mövsümdə hər 3 oyunda qalib gəlmələri arxayınçılığa əsas vermir: “Düzdü, bu mövsüm baş tutan hər 3 oyunda qələbə qazanmışıq. Amma bu daha çox “Bakı”nın yaxşı motivasiya olmasına şərait yaradıb. Axır zamanlar oyun planında da artırıblar. İndi ardıcıl 3 dəfə “Bakı” ilə oynayacağıq. Eyni komanda ilə ardıcıl oynamaq istər-istəməz adamı gərginləşdirir. Kuboku qazanmaq? Hər şeyi pillə-pillə etmək lazımdır. Təbii ki, niyə istəmirəm ki, ən sonda biz sevinək?”.

Georgi hər şeyin aprelin 21-də Ağdamdakı cavab matçında həll olunacağını düşünür: “Deməzdim ki, sabahkı oyun həlledici olacaq. Məncə, hər şey cavab oyununda bilinəcək. Üstəlik, arada heç də az əhəmiyyəti olmayan çempionat oyununda üzləşəcəyik. Belə baxanda, “Bakı”nın çempionatda mükafatçı olmaq şansı qalır. Bundan istifadə etmək istəyəcəklər. Bizi çox çətin 3 oyun gözləyir”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail