PFL prezidenti Lənkəranda "Neftçi"yə çempionluq kuboku verməyəcək

18.04.2012 | 3408 dəfə oxunub

“Neftçi” aprelin 22-də Premyer Liqada qızıl medalları təmin etsə belə, həmin gün kluba çempionluq kuboku verilməyəcək. Stadium.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib.

Onun sözlərinə görə, PFL neçənci turda təmin etməsindən asılı olmayaraq, çempiona baş mükafatı sonuncu turdan tez verməyəcək: “Başqa ölkələrdə çempionluq kubokunun nə vaxt verilməsi ilə işimiz yoxdur. Bizim nizamnamədə yazılıb ki, kubok çempiona yalnız son turun oyunundan sonra verilməlidir”.

28 turdan sonra 60 xala malik “Neftçi” ən yaxın izləyicisi “Qarabağ”ı 10 xal qabaqlayır. Bu isə o deməkdir ki, flaqman növbəti turda qələbə qazansa, digər oyunların nəticəsindən asılı olmayaraq, ardıcıl ikinci mövsüm çempionluğu təmin edəcək. Növbəti turda “Neftçi” “Xəzər Lənkəran”ın qonağı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail