Şuster Maurinyonu ələ saldı

20.04.2012 | 5794 dəfə oxunub

Mardir "Real"ını 2007-2008-ci illər  mövsümündə çalışdıran Bernd Şuster "Barselona" - "Real" "el klassioko"su barədə danışıb. Alman məşqçi bildirib ki, "Real"ın baş məşqçisi Joze Maurinyo bu oyunda qorxaq futbola üstünlük verəcək. "COM Radio"ya danışan Şuster sözlərinə belə davam edib: "Real"ın qazanacağı bir xal onlar üçün çox önəmlidir. Ancaq qalib gəldikləri təqdirdə çempion olacaqlar. Mourinyonun bu matça qalibiyyət məqsədiylə çıxacağını sanmıram, məncə bu riski etməyəcək. Bu cür matçlarda o, heç bir zaman risk etməyib. La Liqanın itirmələri onlar üçün faciə olar.

Mourinyo "Real"da yeganə məşqçidir ki, klubda onun hansı nəticəni qazanması ondan tələb olunmur. Onun mətbuat konfranslarını izləməkdən kef alıram. Mourinyo sayəsində "Real" daha mütəşəkkil komanda oldu və il sonunda Portuqaliyalı məşqçsinin komandadan ayrılacağını sanmıram".

Şuster daha sonra "Barselona"nın baş məşqçisi Quardiolanın komandadakı gələcək taleyinə də münasibət bildirib: "Quardiolanın ilin sonunda klubdan ayrılması üçün bir səbəbi olmadığını görürəm. Hazırda "Barselona"nı Pepdən yaxşı heç kim çalışdıra bilməz".

Şuster 2007-2008 mövsümündə "Real"ı çalışdırarkən "Barselona"nı uda bilməyəcəklərini söyləməsindən sonra istefaya göndərilmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail