“Qəbələ” və “İnter”in 18-ci duelosu

20.04.2012 | 4566 dəfə oxunub

Unibank Premyer Liqanın XXIX turunda “Qəbələ” “İnter”lə qarşılaşacaq. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, aprelin 22-dəki görüş rəqiblərin tarixində 18-ci dueli olacaq.

İndiyədək komandalar 17 dəfə üz-üzə gəliblər. Bunların 15-i çempionat, 2-si kubokda gerçəkləşib. Rəqiblərin duellərində hələlik üstünlük paytaxt təmsilçisinin tərəfindədir. Bakılılar 8 dəfə qalib gəlibsə, Qəbələ təmsilçisi 3 dəfə sevinən tərəf olub. Komandalar 6 dəfə meydanı “sülh”lə tərk edib. Bu qarşılaşmalardakı top fərqi də “İnter”in tərəfindədir – 26:12.

Tərəflərin 1 dəfə kubokda üz-üzə gəlib 2 oyunda münasibətlərini ayırd etdiyini nəzərə alsaq 17 matçdan 15 çempionat matçında “Qəbələ” 2, “İnter” isə 7 qələbə qazanıb və 6 dəfə bərabərlik qeydə alınıb. Çempionatda rəqib qapısına 21 top vuran bakılılar 10 dəfə qapısında qol görüb. Bütün qələbələrini öz meydanında qazanan “Qəbələ” paytaxtda səfər sindromunu qırmaq, ilk qələbəsini qazanmaq niyyətindədir. Belə ki, “İnter”in meydanındakı 8 görüşdə 5 dəfə meydan sahibləri qələbə qazanıb və 3 heç-heçə qeydə alınıb. Paytaxtdakı oyunlarda meydan sahibləri 20, qonaqlar isə 5 qol vurub.

“Qəbələ” və “İnter” arasında baş tutan son 4 oyunda bakılılar qələbəyə həsrətdir. 2010-cu ilin sentyabrındakı görüşdən sonra baş tutan 4 qarşılaşmada 1 dəfə qalib müəyyənləşib ki, bu da “Qəbələ”yə qismət olub. Digər 3 matçda isə tərəflər hərəyə 1 xal əldə ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail