Ramim: "Bakı"dan təklif alsam da, hələ rəhbərliklə görüşməmişəm" - MÜSAHİBƏ

22.04.2012 | 4247 dəfə oxunub

Bakı"nın braziliyalı futbolçusu Fabio Luis Ramimin müsahibəsi:
 
- Çoxdandı görünmürsüz. Bu neçə ayı nə işlə məşğul olmusuz?
- Qışda Braziliyaya qayıdıb zədəmi sağaltmaqla məşğul oldum. Artıq hər şey qaydasına düşüb. Ona görə də Bakıya gəlib bəzi işlərimi yoluna qoymaq qərarına gəldim. Çoxları elə düşünür ki, bura qayıtmışamsa, “Bakı”dakı çıxışıma davam edəcəyəm. Amma bu, belə deyil. Bu klubdan təklif alsam da, hələ rəhbərliklə görüşməmişəm. Ona görə də gələcək karyeramdan danışmaq istəməzdim. Yalnız “Bakı” – “Qarabağ” oyununu izləyərkən bəzi şəxsləri gördüm.
 
- Amma bizdə olan məlumata görə, “Bakı” sizi yay toplanışında sınaqdan keçirəcək və yeni məşqçilərin xoşuna gəlsəz, sizinlə yeni müqavilə imzalanacaq...
- Bu haqda mənim xəbərim yoxdu. Amma hər şey ola bilər. Hazırda mən öz ideal formamdan çox uzağam. Xeyli müddət məşq etməmişəm. Yalnız trenajorda çalışırdım. O da fiziki kondisiyalarımı qorumaq üçün. Bu günlərdə mənim ukraynalı menecerim Bakıya gəlməlidi. Hər şeyə o qərar verəcək.
 
- “Bakı”nı tərk etməyinizə nə səbəb oldu?
- Etiraf edim ki, komandanın son oyunlarında mən o qədər də yaxşı oyun sərgiləmirdim. Bəzi problemlərim vardı. Öncə zədə, daha sonra oyun təcrübəsinin azlığı öz mənfi təsirini göstərdi. Amma hər halda mən ən yaxşı günlərimi “Bakı”da keçirdim. Bu, mənim üçün doğma klubdu. Yenidən bu formanı geyməyim çox xoş olardı. Gələcəkdə necə olacaq, bilmirəm. Amma karyeramı məhz Azərbaycanda davam etdirmək istəyirəm.
 
- Klublarımızdan təklif almısız?
- Hazırda heç nə yoxdu. Amma mən istənilən təklifə baxmağa hazıram. Artıq Braziliyadan bəzi dəvətlər var. Lakin orda oynamaq mənim üçün çətindi. Artıq 31 yaşımda Braziliyaya qayıtmağıma dəymir. Azərbaycanda mən daha çox oynamışam, burda məni yaxşı tanıyırlar. Braziliyada isə hər şeyə sıfırdan başlamağım lazımdı.
 
- “Bakı”nın “Qarabağ”la kubok qarşılaşmasındakı şansları barədə nə düşünürsüz?
- İlk oyunda “Qarabağ” qələbə qazandı. Çünki yaxşı oynadılar. Lakin hər iki komanda maraqlı oyun sərgilədi. Sadəcə, “Qarabağ”ın futbolçuları daha çox top saxlaya, qol vəziyyəti yarada bilirdi. “Bakı” üçün hər şeyi itirilmiş saymaq olmaz. Bu, hələ ilk oyun idi. Qarşıda cavab oyunu da var və finalçını ikinci 90 dəqiqə müəyyənləşdirəcək. “Zolaqlılar”a inanıram. Avrokuboklara vəsiqə qazanmaq lazımdı. Bunun üçün ən yaxın yol kubokda qələbə qazanmaqdı.
 
- Sizcə, “Bakı”nın avrokuboklara yollanmaq şansı var?
- Şans həmişə var. Sadəcə, sona kimi oynamaq lazımdı. Əminəm ki, futbolçular “Bakı”nın avrokuboklara çıxış etməsi üçün əllərindən gələni edəcəklər. Bu komandaya azarkeşlik edirəm. Onlar bu şansdan yararlanmalıdılar. Əgər “Bakı” ardıcıl ikinci dəfə avrokuboklardan kənar qalsa, bu, faciə olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail