100-cü oyun, milyonu keçən azarkeş sayı

23.04.2012 | 5620 dəfə oxunub

Premyer Liqanın XXIX turunun “Neftçi” ilə oyunu “Xəzər Lənkəran” klubunun tarixinə unikal hadisə ilə düşüb. Stadium.az xəbər verir ki, Lənkəran şəhər stadionunda yubiley – 100-cü oyuna çıxıb sayca 25-ci – yubiley “Böyük oyun”un iştirakçısı olan komanda azarkeş sayında da fantastik nailiyyət əldə edib.
 
Yarandığı 2004-cü ilin yayından azarkeşlərinə görə Azərbaycanın bütün klublarından fərqlənən “Xəzər Lənkəran” ev oyunlarındakı tamaşaçı sayında 1.000.000-u da arxada qoyub. Belə ki, “Neftçi” ilə matçadək “Xəzər Lənkəran”ın öz meydanında keçirdiyi 143 qarşılaşmanı ümumilikdə 988577 tamaşaçı izləmişdi. Bu rəqəmin 1000000-u keçməsi üçün “Böyük oyun”a 11423 nəfərin gəlməsi kifayət idi.
 
“Xəzər Lənkəran”ın sayca 144-cü ev oyununa isə bundan da artıq – 12000 tamaşaçı toplaşdı. Bununla da komanda 1000000-u arxada qoymağa nail oldu.
 
“Xəzər Lənkəran”a milyonçu olmaq üçün əslində 140 matç kifayət edib. Çünki 144 ev oyunundan 4-də komanda boş tribunalar önünə çıxıb. Lakin 144 matçdan başqa daha 1 qarşılaşma olub ki, həmin matçın nəticələri büsbütün ləğv olunub. 144 oyundan biri isə yarımçıq qalması səbəbindən 2 dəfəyə oynanılıb. Lakin həmin 2 dəfə keçirilən oyunlardan yalnız biri milyonu keçən – 1000577-yə daxil edilib. Həmçinin nəticəsi ləğv olunan matç da buna şamil olunmayıb.
 
Milyonçu olan “Xəzər Lənkəran” indiyədək ev oyunlarını 8 müxtəlif stadionda keçirib. Komanda Lənkəran şəhər stadionuna 846760, Lənkəran Olimpiya İdman Kompleksinin stadionuna 68717, Cəlilabad şəhər stadionuna 16000, Tofiq Bəhramov adına Respublika stadionuna 57000, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna 2100, “Şəfa” stadionuna 5500, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionuna 4200, ADBTİA stadionuna 300 tərəfdar toplayıb.
 
1000577 tamaşaçıdan 781777-si Azərbaycan çempionatı, 136800-ü Azərbaycan kuboku, 82000-i avrokubok matçlarını seyr edib. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail