Millimiz əvvəl Yaponiyaya, oradan da Almainaya gedəcək

25.04.2012 | 4108 dəfə oxunub

Azərbaycan milli komandasının növbəti yoldaşlıq görüşləri üçün səfər proqramı müəyyənləşib. Stadium.az xəbər verir ki, AFFA-nın İnformasiya və İctimaiyyətlə Departamentinin rəisi Mikayıl Nərimanoğlunun verdiyi məlumata görə. millimizin növbəti yoxlama matçını keçirəcəyi Yaponiyaya səfərinin vaxtı dəqiqləşib. O, millimizin “Gündoğar ölkə”yə mayın 20-də yollanacağını bildirib: “Millimiz həmin gün Bakıda bir araya gələrək, Yaponiyaya səfər edəcək. Bildiyiniz kimi, bu ölkənin yığması ilə yoldaşlıq görüşümüz mayın 23-də olacaq. Yığmamız matça hazırlığı orada keçirəcək”.

Məlum olduğu kimi, milli komandamız Yaponiyadan sonra almaniyalı baş məşqçisi Berti Foqtsun vətəninə yollanaraq, təlim-məşq toplanışı keçəcək. Bunun sonunda – mayın 30-da Andorra yığması ilə yoldaşlıq görüşü nəzərdə tutulub. Nərimanoğlu yığmamızın Yaponiyadan birbaşa Almaniyaya, hazırlığın, oyunun keçiriləcəyi Frankfurt şəhərinə yollanacağını söyləyib. 

Bu səfər proqramında son dayanacaq isə Minskdir ki, millimiz iyunun 5-də orada Belarus yığması ilə yoldaşlıq görüşünə çıxacaq. Yığmamızın Almaniyadan birbaşa Belarusa yollanacağı gözlənilir ki, Departament rəisi məsələyə yaxın günlərdə tam aydınlıq gələcəyini deyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail