Millimiz Belarusla oynamaqdan imtina etdi

26.04.2012 | 4080 dəfə oxunub

Futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqts dünən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda olub. Stadium.az xəbər verir ki, "Neftçi"ylə "İnter" arasında ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçını izləyən alman çalışdırıcı qarşılaşmadan sonra maraqlı açıqlama verib.

İzlədiyi oyundan deyil, əsasən milli komandadan danışan Foqts Belarus yığması ilə yoxlama oyununun ləğv edildiyini bildirib: "Mayın 23-də yığma Yaponiya ilə görüşəcək, 30-da Almaniyada Andorra ilə qarşılaşacağıq. Daha bir oyunu iyunun 5-də Minskdə Belarus millisiylə planlaşdırmışdıq. Ancaq son anda axırıncı matçdan imtina etdik. Çünki Dubay toplanışı sübut etdi ki, bizim futbolçular ardıcıl 3 oyun keçirməyə fiziki cəhətdən hazır deyil. Əgər biz Dubayda o cür komandalarla oyunda zəif nəticə göstərmişiksə, onda təsəvvür edə bilərsiz ki, iyunda necə vəziyyətə düşərdik. Bütün bunları nəzərə alaraq Minskdəki matçdan son anda imtina etdik".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail